- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş “Naxçıvan Bank” ASC-ni üzv bankların reyestrindən çıxarıb, banka verdiyi şəhadətnaməni ləğv edib. GDP xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalası Fondu məlumat yayımlayıb Məlumata görə, bununla bağlı qərar “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq qəbul edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvan Bank”ın lisenziyası onun öz müraciəti əsasında, “Banklar haqqında” qanunun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” qanunun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan…
SOCAR və Eni S.p.A enerji keçidi təşəbbüslərini həyata keçirmək barədə razılığa gəliblər GDP xəbər veri ki, şirkətlər tərəfindən imzalanmış anlaşma memorandumu Azərbaycanın enerji sektorunda enerji təhlükəsizliyini gücləndirmək və innovativ həlləri təşviq etmək məqsədi daşıyır.
2024-cü ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 22 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar. GDP xəbər verir ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 1 milyon 77 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.
Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.GDP Mərkəzi Banka istinadla xəbər verir ki, görüş zamanı rəqəmsal ödəniş sahəsində təhlükəsizliyin və inklüzivliyin təmin olunması, çağırışların effektiv şəkildə aradan qaldırılması, eləcə də infrastrukturun daha da təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə olunub.Həmçinin fintex ekosisteminin inkişafı ilə rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsini şərtləndirəcək strateji təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
2024-cü ilin birinci yarısını 123.9 milyon manat xalis mənfəətlə başa vurduq və aktivlərimiz artıq 10 milyard manatı keçib. GDP xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov müsahibəsində deyib. O bildirib: “Xüsusilə vurğulamaq istəyirəm ki, gəlirimizin böyük bir hissəsini loyallıq proqramı çərçivəsində müştərilərilərimizə bonus olaraq geri qaytarmışıq. Ötən ildən indiyədək bu bonusların (keşbek, mil, 2 qat ƏDV) ümumi məbləği 141 milyon manat təşkil edib.” Fərid Hüseynov əlavə edib bu investisiyalar strateji yanaşmamıza uyğun olaraq daha dayanıqlı gələcəyi təmin etmək üçün nəzərdə tutulub. “Bu gün əminliklə deyə bilərəm ki, Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına…
“İtaliyanın “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşümüzdə qlobal enerji keçidi ilə bağlı fikirlərimizi bölüşdük.” GDP xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Tvitter hesabında yazıb. O bildirib : “Beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq əməkdaşlıq məsələlərini nəzərdən keçirdik.”
Birja sahəsində sərvət qazanmaq yalnız kişilərin işi olduğuna dair stereotiplər artıq köhnəlib. Budur, bütün çətinlikləri aşan, məqsədlərinə qətiyyətlə çatan və fond bazarında böyük sərvət əldə edən qadınlardan altı hekayəsi. Getty Green: “Maliyyə üçün kişi instinkti” ilə “Wall Street cadugarı” XIX əsrin sonu və XX əsrin əvvəllərində qadınların səs vermə hüququ belə yox idi, fond bazarı isə onlar üçün uyğun yer hesab olunmurdu. Lakin amerikalı Getty Green maliyyə sahəsindəki “kişi instinkti” ilə taninirdi. Onun müvəffəqiyyətli investisiyaları və daim geydiyi qara paltarla ona “Vall-Strit Cadugarı” adı verilmişdi. ABŞ-ın və hətta dünyanın ən zəngin qadını sayılırdı. Əri milyonlarla borc içində olsa da, Getty…
Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində daha bir layihəyə start verilib GDP xəbər verir ki, Bakıda Böyükşor gölündə 100 kVt gücündə pilot günəş elektrik stansiyası istifadəyə verilib. Yeni stansiya 95 kVt gücündə su qurğusundan və 5 kVt gücündə yerüstü qurğudan istifadə etməklə ildə 160 min kilovat-saatdan artıq elektrik enerjisi istehsal etməyə imkan verəcək. Elektrik stansiyasının açılış mərasimində onun günəş və su ehtiyatlarından birgə istifadənin optimallaşdırılması, enerji kompleksinin şaxələndirilməsi və atmosferə zərərli emissiyaların qarşısının alınması üçün əhəmiyyəti vurğulanıb. Layihənin genişləndirilməsi üçün özəl investisiyaların cəlb edilməsi imkanları müzakirə edilir.
PAŞA Kapital şirkətinin istər mobil tətbiqi, istərsə də veb platforması üzərindən qlobal birjalarda səhm, istiqraz alışı, eləcə də beynəlxalq valyuta ticarətinə başlamaq istəyən şəxslər indi ilkin mədaxil məbləğinə 50% endirim əldə edərək, investisiya imkanlarından faydalana biləcəklər. GDP xəbər verir ki,əvvəl real hesab açan investorlardan ticarətə başlaya bilmələri üçün ilkin mədaxil məbləği minimum 200 USD tələb olunurdusa, indi kapmaniya çərçivəsində bu məbləğ 100 USD təşkil edir. 31 avqust 2024-cü il tarixinədək davam edəcək kampaniyadan aşağıdakı 3 addıma riayət edərək faydalana bilərsiniz: 1. PAŞA Kapital ticarət platformasında real hesab açın; 2. Balansa minimum 100 USD mədaxil edin; 3. İnternetin olduğu hər yerdə,…
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 31 iyul 2024-cü il tarixində saat 10:00-da yayımlanacaq. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb. Məlumata görə, həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəkdir.
