- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
2024-cü il 01 iyul tarixi vəziyyətinə operativ məlumatlara əsasən Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25696,7 milyon manat ekvivalentində və ya ÜDM-in 21,2 % ini təşkil edib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışda məlumat verilib. Bildilir ki, məcmu dövlət borcunun 35,5 %-i xarici dövlət borcunun, 64,5 faizi daxili dövlət borcunun payına düşür. Beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış müqavilələr əsasında istifadə olunmuş kreditlər və həyata keçirilmiş əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 01 iyul tarixinə operativ məlumatlara əsasən xarici dövlət borcu…
Cari ilin ilk altı ayında ölkə iqtisadiyyatında yaradılmış əlavə dəyər 59520,4 milyon manat olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,3% artım qeydə alınıb. GDP xəbər verir ki, hesabat dövründə qeyri-neft/qaz sektorunda ÜDM-in həcmi 38798,0 milyon manata bərabər olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9% artıb.
Kakao paxlasının qiyməti mart ayından bəri ən aşağı səviyyəyə düşüb. GDP xəbər verir ki, kakao fyuçersləri artan təklif və aşağı tələb gözləntiləri ilə son 4 ayın minimumuna enib. Nyu-Yorkda ən aktiv şəkildə satılan kakao paxlası fyuçers müqaviləsi bazar ertəsi sessiyasında 4,4% ucuzlaşaraq 1 ton üçün 6,650 dollar olub. Fitch Solutions-ın bölməsi olan BMI-nin analitikləri eyni zamanda kakaonun qiymətlərinin tarixi orta göstəricilərdən yüksək olaraq qaldığını və bu xammala tələbatın azalacağına inanırlar. Bəzi şokolad istehsalçıları artıq ilin ikinci yarısında gəlirliliklərinin təzyiq altında qalacağı barədə xəbərdarlıq ediblər.
Texas xam nefti son 7 həftəlik minimuma enib. GDP xəbər verir ki, WTI markalı xam neftin fyuçersləri 2% ucuzlaşaraq, bir barel üçün 76 dollara enib ki, bu da son yeddi həftənin ən aşağı qiymətidir, çünki tələb narahatlıqları Yaxın Şərqdəki gərginlik səbəbindən təklifin azalması riskini kompensasiya edir.
“Xanım Yellen hazırda ölkəmiz 1.9 trilyon dollara yaxın ticari kəsiri verir, ölkəmizin borcları yüksəlir, eyni zamanda bu qədər ticari kəsirə görə Çin və digər ölkələr bizdən daha çox qazanır” GDP xəbər verir ki, bunu Donald Trumpın vitse-prezidentliyə namizədi James David Vance deyib. O bildirib ki. buna görə fermerlər, Kənd Təsərüfatı sektoru və digər sektorlarda istehsal düşüb və biz mütləq idxalatçıyıq, bunun ən böyük səbəblərindən biri dolların rezerv statusudur. Düşünün ki, dolların bahalı olmasına görə bu gün ABŞ ixracı təşviq edə bilmir”.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defoltunun reytinqini (IDR) “BB+”dan “BBB-“yə yüksəldib. Proqnoz “sabit”dir. Agentliyin qərar ilə bağlı yaydığı press-relizdə bildirilir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən daxili likvidliyin və valyuta tələbinin idarə edilməsi potensialının gücləndirilməsi və alətlərin genişləndirilməsi bank sektorunun sağlamlaşdırılmasına töhfə vermişdir. O cümlədən Mərkəzi Bank tərəfindən xarici borcun və maliyyə dollarlaşması səviyyəsinin (Müqayisə üçün: 2024-cü ilin mayında 40%-lik göstərici ilə 2015-ci ilin sonundakı 81,6%-lik yüksək həddin yarısından daha az olmuşdur) endirilməsi ilə valyuta riskinə qarşı həssaslığın azaldılması makro-maliyyə sabitliyinə risk yaratmadan və ya suveren balansın əhəmiyyətli dərəcədə aşınmasına yol vermədən de-fakto sabitliyi qorumaq qabiliyyətini artıracaqdır. Məlumatda qeyd edilib ki,…
“Sənədsiz evlər, təbii ki, ölkədə hamını maraqlandıran və köklü həllini gözləyən önəmli məsələlərdən biridir”. Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuata açıqlamasında deyib. O qeyd edib ki, bu problem bir çox dövlət orqanlarının əlaqələndirici fəaliyyətinin həyata keçirilməsini nəzərdə tuturdu: “Bu gün tədbirlər planımızda da bununla bağlı müddəalar var. Bu məqsədlə, məhz İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu fəaliyyəti tənzimləməyə cəlb olunacaq dövlət orqanlarının iştirakı ilə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və s. – xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyətinin əsas məqsədi bu sahədə…
Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var: “Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq”. Mənbə: APA
İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri 38 milyon 880 min manat artırılıb. Prezident İlham Əliyev bununla bağlı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 milyard 811 milyon 428 min 292 manatdan 2 milyard 850 milyon 308 min 292 manata qaldırılıb.
KOB subyektlərinin 79 layihəsinə təqribən 1,4 mln. manat qrant ayrılıb GDP xəbər verir ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 21 layihəyə 374488 manat həcmində qrant ayrılıb. İndiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 5 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 79-na 1426955 manat məbləğində qrant dəstəyi göstərilib. Növbəti, 6-cı qrant müsabiqəsi 2024-cü ilin ikinci yarısında keçiriləcəkdir.
