- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
- Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
Author: Aynure Gdp
“Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə növbəti dəfə görüşdük.” GDP xəbər verir ki, bunu rəsmi sosial şəbəkə hesabında Azərbaycan Mərkəzi Bankının Taleh Kazımov yazıb. O bildirib: “Görüş zamanı sektor üzrə ötən rübə dair göstəriciləri və ortamüddətliperspektivdəki strateji təşəbbüsləri nəzərdən keçirdik.” Taleh Kazımov əlavə edib: “Həmçinin sığorta sektorunun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıq”
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlər 585,7 milyon manat təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 6,4% çoxdur. Bütün telekommunikasiya bazarının gəlirlərinin 36,2 faizi mobil rabitə sektorunun payına düşüb. İlin birinci yarısında informasiya və rabitə sektoru müəssisələrinin ümumi gəlirləri 1,6 milyard manatdan çox olub ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,2% çoxdur.
Yaxın Şərqdə artan gərginlik fonunda neft qiymətləri yüksəlir. Bakı vaxtı ilə saat 8:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 81,45 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,32 dollar və ya 0,39% bahadır. Nyu-York əmtəə birjasında elektron hərraclarda sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti bu dəfə 0,26 dollar və ya 0,34% artaraq 77,42 dollar olub.
Qətər əmirinin gəlinindən 11 ədəd Hermes çantası oğurlanıb. GDP Parisien-ə istinadla xəbər verir ki, insident Nitsadan Parisə gedən qatarda baş verib. Bütün çantalarda əmirin qohumunun qiymətli əşyalardan ibarət şəxsi baqajı olub. Qadın itkini yolda aşkar edib.Axtarış üçün qatar 20 dəqiqə geciksə də, nə baqaj, nə də oğru tapılmayıb.
Qırğızıstan Milli Bankı sentyabrın əvvəlində Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarına həsr olunmuş gümüş sikkəni dövriyyəyə buraxır. GDP xəbər verir ki, Avqustun 1-dən etibarən cəmi 1000 kolleksiya sikkəsi satılacaq. Hər birinin qiyməti 5580 som (təxminən 66 dollar) təşkil edir
ABŞ prezidentliyinə namizəd Donald Trampın həftə sonu Nashvilledə keçirilən “Bitcoin 2024” konfransındakı əsas çıxışında kriptovalyutaya verdiyi dəstəyi ikiqat azaltdıqdan sonra bitkoin 70.000 dollara yüksəlib və potensial olaraq altı həftə ərzində ilk dəfə rekord səviyyədə bahalaşıb. GDP xəbər verir ki, Tramp ABŞ-ı “dünyanın kriptovalyuta paytaxtı” edəcəyini söylədi və ölkənin hazırkı bitkoin yığım səviyyəsini saxlamağa söz verib. Bundan əlavə, Vayominqdən olan respublikaçı senator Cynthia Lummis növbəti beş il ərzində ümumi BTC tədarükünün təxminən 5%-ni təşkil edən 1 milyon BTC-lik rəsmi ABŞ strateji ehtiyatının yaradılmasına dair qanunvericilik təklifi təqdim edib. Digər yerlərdə, ABŞ-ın spot bitkoin mübadiləsi fondları son həftələrdə xalis daxilolmalar müşahidə edilib…
Ötən həftə ərzində (23-27 oyul) dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85.24 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3.97 dollar və ya 4.4% azdır. GDP xəbər verir ki, ötən həftə ərzində ən yüksək göstərici (bazar ertəsi) – 86.34 ABŞ dolları təşkil edib, ən minimal göstərici (cümə) isə 83.83 dollar səviyyəsində olub.
“Rabitəbank” ASC Müşahidə Şurasının 24 iyul 2024-cü il tarixli, 62 nömrəli qərarına əsasən, 2024-cü il avqust ayının 30-u, saat 17.00-da Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. GDP xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti Müşahidə Şurasına həvalə edilmiş idarəetmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkibinin yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun təsdiqi. 2. Təşkilati və cari məsələlər. Yığıncağın keçiriləcəyi ünvan– Bakı şəhəri, 28 May küçəsi 33.
26 iyul 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan səhmdarların növbəti Ümumi Yığıncağının tarixi dəyişib. GDP xəbər verir ki, səhmdarların növbəti Ümumi Yığıncağı 29 iyul 2024-cü il tarixində saat 16:00-da “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193) keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Məlumata görə, 16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib. Qeyd: “Azər-Türk…
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reyting agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir. GDP xəbər verir ki,bu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Fitch Rayings Agentliyinin Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqi ilə bağlı qərarı barədə açıqlamada bildirilir. Açıqlamada qeyd olunur: “8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici…
