Author: Aynure Gdp

Wall Street kiçik dəyişikliklərlə bağlanıb. GDP xəbər verir ki, Dow Jones indeksi 0,12% azalaraq 40 539,93 bənd təşkil edib. Göstəricinin azalmasının liderləri 1,7% ucuzlaşan Caterpillar-ın səhmləri olub. S&P 500 dəyəri 0,08% artaraq 5463,54 bənd olub. Nasdaq indeksi 0,07% artaraq 17 370,2-yə yüksəlib.

Read More

Neft qiymətləri bir gün əvvəl kəskin enişdən sonra cüzi enib. GDP xəbər verir ki, bu həftə bazar Federal Ehtiyat Sisteminin (FED) iclasını, ABŞ-ın yanacaq ehtiyatlarına dair məlumatları və cümə axşamı baş tutacaq OPEC+ görüşünün nəticələrini gözləyir. Bakı vaxtı ilə saat 8:04-ə Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 79,49 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,29 dollar və ya 0,36% azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,32 dollar və ya 0,42% ucuzlaşaraq 75,49 dollar olub.

Read More

ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam şəkildə köçürülməsi və cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, 2024-cü ildə xam neftin bir barelinin qiymətinin 65 ABŞ dolları ssenarisində icmal büdcədə 2,9 milyard manat kəsir, 85 ABŞ dolları ssenarisində isə 1,3 milyard manat kəsir olacağı gözlənilir. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında məlumat verilib. 2024-cü ilin yenidən baxılan büdcəsində icmal büdcənin gəlirləri 43,5 milyard manat, o cümlədən icmal büdcənin neft-qaz gəlirləri 19,1 milyard manat proqnozlaşdırılır. Birdirilib ki, cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin qiymətinin hər 10 ABŞ…

Read More

“Donald Trumpın Avropa İttifaqından (Aİ) idxal olunan məhsullara 10% rüsum tətbiq edəcəyi vədinə görə Aİ rəhbərliyi hazırlığa başlayıb. GDP xəbər verir ki, Aİ rəsmiləri hansı məhsulların rüsuma daxil olunacağını müəyyən etmək üçün Trump komandası ilə əlaqəyə keçib. Trump anlaşma olmasa bəzi məhsullara 50% rüsum tətbiq etmək niyyətindədir. Bu rüsumlar tətbiq olunsa bunun Aİ ÜDM-nə təsiri 1-1.5%, ABŞ ÜDM-nə təsiri 0.5% olacaq”.

Read More

Aparılmış hesablamalara əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam məbləğdə köçürülməsi şərtilə cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin bir barelinin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi dövlət büdcəsinin neft-qaz gəlirlərinin orta hesabla təqribən 100 milyon manat artması və ya azalmasına səbəb olur GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışda məlumat verilib. 2024-cü ilin yenidən baxılan büdcəsində icmal büdcənin gəlirləri 43,5 milyard manat, o cümlədən icmal büdcənin neft-qaz gəlirləri 19,1 milyard manat proqnozlaşdırılır. Qrafik 16-dan göründüyü kimi, cari ilin altı aylıq faktiki daxilolmaları…

Read More

2025-ci ilin 01 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 5214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28175,2 milyon manat təşkil edəcəyi gözlənilir. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında məlumat verilib. Bildirilir ki, 2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun 49,1 %-inin 5 ilədək, 44,7 faizinin 5-10 il ərzində, 6,2 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik…

Read More

2025-ci ildə dövlət borcuna xidmət xərcləri 2568,9 milyon manat olmaqla xarici dövlət borcu üzrə 1718,8 milyon manat, daxili dövlət borcuna xidmət xərcləri isə 850,1 milyon manat təşkil etməsi gözlənilir. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında məlumat verilib. Ümumilikdə yenidən baxılmış 2024-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,10 faizi həcmində və ya 23070,9 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 360,7 milyon manat və ya 1,6 faiz), əsaslı xərclərə ümumi xərclərin 38,7 faizi həcmində və ya 15375,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3295,6 milyon manat və…

Read More

Dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 %-i vergilər və rüsumlar üzrə daxilolmaların payına düşür. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında məlumat verilib. Bildilir ki, vergi və rüsumlar üzrə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin ilkin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1% çoxdur. Qeyd olunan vəsaitin 4580,0 milyon manatı və ya 30,0 faizi neft-qaz sektorunun, 10690,0 milyon manatı və ya 70,0%-i isə qeyri-neft/qaz sektorunun payına düşəcəkdir.

Read More

2024-cü ilin ilk altı ayında dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 1953,5 milyon manatı istifadə olunub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışda məlumat verilib. Bildirilir ki, 2024-cü ilin yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 1270,3 milyon manat təşkil etmiş və ya dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərinin 7,9 %-inə bərabər olmuşdur.

Read More

2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərinin 8282,4 milyon manatı və ya 44,0 %-i vergi daxilolmalarının, 6390,5 milyon manatı və ya 33,9 %-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb. GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışda məlumat verilib. Bildirilir ki, Dövlət büdcəsinin gəlirlərinin 3252,2 milyon manatı və ya 17,3 %-i gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 250,0 milyon manatı və ya 1,3 %-i Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 241,5 milyon manatı və ya 1,3 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 17,8 milyon…

Read More