Author: Aynure Gdp

Son dövrlərdə pərakəndə ticarət və iaşə obyektlərində bəzi hallarda nağdsız ödənişlərin POS-terminal deyil, plastik kartlar vasitəsilə kartdan karta köçürmə əməliyyatları tətbiq olunmaqla həyata keçirildiyi müşahidə edilməkdədir. GDP-nin məlumatına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Dövlət Vergi Xidməti Bildirir: “Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” hüququndan məhrum olması ilə…

Read More

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. GDP xəbər verir ki, birjada “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları və ya 3,28 % artaraq 80,91 ABŞ dolları təşkil edib. Qeyd edək ki, həftə ərzində Azərbaycan nefti 1.84 ABŞ dolları həcmində ucuzlaşıb

Read More

Brent markalı neftin bir barreli 78,91 dollara yüksəlibGDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri Bakı vaxtı ilə saat 17:34-ə olan vəziyyətə görə 0,5 dollar və ya 0,64% artaraq 78,91 dollar/barelə çatıb. Nyu-York əmtəə birjasında iyul ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,5 dollar 0,68% artaraq 74,57 dollar/barel təşkil edib.

Read More

Cari ilin ilk beş ayında 83 milyon manatdan çox güzəştli kredit verilib. GDP xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib. Fondun məlumatına görə, verilən kreditlər hesabına 1223 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Read More

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Avrasiyanın Arteriyaları” adlı kitabının ictimaiyyət üçün təqdimat mərasimi keçirilib. GDP xəbər verir ki, kitab Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr edilən Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri, həmçinin materikin 30-dan çox dəhlizini əhatə edir. Təqdimatda UNEC-in rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Təqdimat mərasimində E. Əmirov bildirib ki, “Avrasiyanın Arteriyaları” adlı kitabın üzərində 2 il 3 ay çalışıb: “Kitab Azərbaycanla yanaşı ABŞ-ın, Çinin, Rusiyanın və digər dünya nəhənglərinin üzərində mübarizə apardığı Avrasiyanın 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizləri…

Read More

Əmək haqqı kartı verildikdə ödəniş hesabı yəni cari hesabın açılması zəruridir? sualında “Ödəniş əməliyyatlarının apaırlmasına və ödəniş alətlərinə dair Qayda”da adınlıq gətirilib. GDP xəbər verir ki, “Ödəniş əməliyyatlarının apaırlmasına və ödəniş alətlərinə dair Qayda”nın 10-1-ci bəndinə əsasən: 10.1. Bu Qaydanın 10.2-ci bəndi nəzərə alınmaqla, kartın emissiyası emitent tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən ödəniş xidməti istifadəçisinə ödəniş hesabının (cari hesabın) açılması ilə həyata keçirilir. Kart (ödəniş kartı) dedikdə, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən fiziki və ya virtual ödəniş aləti nəzərdə tutulur.

Read More

Prezident İlham Əliyev 25 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edib. GDP xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 7 iş günü müddətində müraciət edən şəxs yaşayış sahəsini seçəcək və yaşayış sahəsi onun tərəfindən seçildiyi gündən 7 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçiriləcək. İndiyə qədər, bu müddət 10 gün idi. Bundan başqa, Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə…

Read More

Malayziyanın palma yağı fyuçersləri 1ton üçün 3,930 Malaziya Ringiti (1,424.0548 AZN) idi, Dalian Birjasında soya yağı müqavilələri və diqqət mərkəzinə düşdükdən sonra əvvəlki iki seansdakı enişləri dayandırıb. GDP xəbər verir ki, palma yağını ən çox idxal edən Hindistanda palma yağı alışı may ayında əvvəlki ayla müqayisədə 12,4% artaraq son 4 ayın ən yüksək səviyyəsinə çatıb.

Read More

3 trilyon dollar Apple-ı dövriyyədə olan bütün səhmlərinin ümumi dəyəridir. Buna baxmayaraq, çip istehsalçısı Nvidianın dəyəri rekord səviyyədə artıb. GDP xəbər verir ki,Nvidia ilk dəfə olaraq 3 trilyon dollar həddini keçib, Apple-ı üstələyib, Microsoft-dan geridə qalaraq dünyanın ikinci ən dəyərli şirkəti olub. Apple 2022-ci ilin yanvarında dünyanın ilk 3 trilyon dollarlıq şirkəti olub və o vaxtdan bəri bu rekordu bir neçə dəfə keçib. Bununla belə, Apple 2019-cu ildən bəri ilk dəfədir ki, dünyanın üçüncü ən dəyərli şirkəti olub.

Read More

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. GDP xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb. Məlumata görə, “Startap” şəhadətnamələri “Money-Tunnel” MMC-nin maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət Gülmalızadənin interaktiv video təlim və kommunikasiya platforması, “Yax” MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, “Jİ Studio” MMC-nin süni intellekt əsasında veb səhifələrin dizaynı və hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv mükafatlandırıcı onlayn yarış platforması, “Ainuverse” MMC-nin video məzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün təqdim edilib.

Read More