Cari ilin ilk beş ayında 83 milyon manatdan çox güzəştli kredit verilib.
GDP xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.
Fondun məlumatına görə, verilən kreditlər hesabına 1223 yeni iş yerinin yaradılması nəzərdə tutulur.