- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
“2024-cü ildə kibercinayətkarlar kiberhücumların effektivliyini artırmaq üçün kompleks yanaşmalardan istifadə edirlər.” GDP xəbər verir ki, bunu Kaspersky-nin MDB ölkələrində kibertəhlükə mənzərəsi haqqında genişmiqyaslı hesabatını şərh edərkən Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib. O bildirib: “Konkret bir şəxsə yönəlmiş fişinq cinayətkarların şəxsində ünsiyyəti daha inandırıcı edir və onun aşkarlanmasını çətinləşdirir. Təşkilatlar üçün, xüsusilə Azərbaycan kimi ölkələr üçün artan kibertəhlükələr fonunda, insan risklərini idarə etmək, məqsədyönlü təhlükəsizlik proqramları yaratmaq vacibdir.”
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. GDP xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə quruda və dənizdə “yaşıl enerji” layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin “yaşıl enerji” keçidinə birgə töhfəsi kimi dəyərləndirilib. Görüşün yekununda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları…
Kaspersky MDB ölkələrində kibertəhlükə mənzərəsi haqqında genişmiqyaslı hesabatını təqdim edib. GDP xəbər verir ki, 2024 və 2023-cü illərin birinci rübünə dair “MDB ölkələri üçün təhlükə mənzərəsi” hesabatında Kaspersky Cyber threat Intelligence komandası cari təhdidlər barədə açıqlama verib. Məlumata görə Azərbaycanda 2024-cü ilin yanvar-mart ayları ərzində istifadəçilərin 49,37%-i kibertəhlükələrlə üzləşib. Fişinq hücumları ən çox bank məlumatlarına və ya maliyyə institutları ilə əlaqəli digər məxfi məlumatlara çıxış əldə etmək məqsədilə həyata keçirilib.
Vahid Ələkbərov ikinci ən zəngin rus milyarderi oldu.GDP xəbər verir ki, “Lukoyl”un səhmdarı olan Azərbaycan əsilli iş adamının sərvəti il ərzində 2,78 milyard dollar artaraq 27,4 milyard dollara çatıb.Agentliyin reytinqində birinci yerdə Norilsk Nikelin əsas sahiblərindən biri Vladimir Potanin olub.Düzdür, ilin əvvəlindən onun sərvəti 54,4 milyon dollar az olub və cəmi 31 milyard dolların sahibi olub.Üçüncü yerdə NLMK-nın benefisiarı Vladimir Lisin qərarlaşıb, o, əksinə, bir il ərzində 1,84 milyard dollar zənginləşib. Onun hazırda 25,8 milyard dolları var.
Birkart Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları tərəfindən BOKT-un kapitalı 57 milyon 015 580 min manat azaldılıb. GDP xəbər verir ki, Birkart BOKT-nin elanında bildilir. Məlumatda bildirilir: “Birkart Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti İştirakçılarının Ümumi Yığıncağının 27.05.2024-cü il qərarına əsasən, Nizamnamə kapitalının 83 719 980 manatdan 57 015 580 azaldıldığını elan edir”
Beynəlxalq Valyuta Fondunun Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşərək ölkəmizdə makroiqtisadi göstəriciləri və inkişaf perspektivlərini müzakirə etdik. GDP xəbər verir ki,bunu Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb. O bildirib: “Görüş zamanı pul siyasəti hədəflərinə nail olunması vəziyyəti, pul siyasətinin transmissiyasının yaxşılaşdırılması və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq.” Mərkəzi Bank sədri qeyd edib ki, həmçinin gələcək əməkdaşlıq və texniki yardım istiqamətləri ilə bağlı fikirlərimizi bölüşdük.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş beşinci qrant müsabiqəsinin nəticələri açıqlanıb. GDP xəbər verir ki, KOB subyektləri tərəfindən müsabiqəyə təqdim olunan 290 layihənin 126-sı hüquqi, 163-ü fiziki şəxslərə, 1-i isə qeyri-sahibkara, o cümlədən 279-u mikro, 9-u kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 108-i təhsil, 15-i elm, 53-ü tədqiqat və 113-ü dəstək layihələridir. Layihələrin 11-i “yaşıl iqtisadiyyat” ilə bağlıdır. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 21-i maliyyələşdiriləcək. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti…
Mərkəzi Bankın sədri Taleh Kazımov Culian Çonun rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) missiyası ilə görüşüb. “GDP” xəbər verir ki, FSAP missiyasının nəticələri görüşün əsas müzakirə mövzusu olub. Həmçinin proqram çərçivəsində maliyyə sektorunun dayanıqlılığının artırılmasını hədəfləyən yeni istiqamətlərin müəyyən olunması ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ-ın dövlət borcu aprel ayında 34,6 trilyon dollarla yeni rekorda çatıb. GDP xəbər verir ki ABŞ-ın ümumi borcu cəmi 4 il ərzində 47% və ya 11 trilyon dollar artıb. Hər bir ABŞ vergi ödəyicisi 267.000 dollar federal borcla yüklənir. Yüksək faiz dərəcələrini nəzərə alsaq, ABŞ-ın borcu 2017-ci ildəki 20 trilyon dollardan 2025-ci ilə qədər 40 trilyon dollara qədər iki dəfə arta bilər.Yüksək faiz dərəcələrini nəzərə alsaq, ABŞ-ın borcu 2017-ci ildəki 20 trilyon dollardan 2025-ci ilə qədər 40 trilyon dollara qədər iki dəfə arta bilər.
Azərbaycanın OPEC+ sazişi çərçivəsində 2025-ci il üçün neft hasilatı kvotası sutkada 551 min barel olaraq qalır. GDP xəbər verir ki, iyunun sonunadək Rusiya, Qazaxıstan və İraq 2024-cü ilin yanvarından artıq neft hasilatının həcminə görə yenilənmiş kompensasiya cədvəlini təqdim edəcəklər.Bu gün səkkiz OPEC+ ölkəsi 2023-cü ilin mayında başlayan və 2024-cü ilə qədər davam edən gündəlik 1,7 milyon barellik azalmalarını 2025-ci ilə qədər uzatmağa razılaşıb.
