- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
“PAŞA Bank” Qarabağdakı layihələrə təxminən 120 milyon manata yaxın kredit verib. Bunu “PAŞA Bank”ın 2023-cü ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın İdarə Heyətinin sədri Cavid Quliyev deyib. Bank rəhbəri bildirib: “Bu kreditlər infrastruktur və tikinti layihələrinə eyni zamanda Ağdamda zavodun tikintisinə kredit verilib. Eyni zamanda bir neçə layihəyə ” PAŞA Bank” zəmanət vasitəsilə dəstək göstərib”
Son 3 ildə korporativ bank olaraq bazar payımızı qoruyub saxlamaqla yanaşı inkişaf etməyimiz ən böyük nailiyyətimizdir.” Bunu “PAŞA Bank”ın 2023-cü ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın İdarə Heyətinin sədri Cavid Quliyev deyib. O bildirib: “Son 3 il ərzində Kiçik və Orta sahibkarlıq subyektlərinə ayrılmış kredit portfelinin 2 dəfə artıb.Son 3 ildə korporativ bank olaraq bazar payımızı qoruyub saxlamaqla yanaşı inkişaf etməyimiz ən böyük nailiyyətimizdir.”
Avro 2 aylıq maksimumdan geri çəkilir GDP xəbər verir ki, mayın 15-də Avropa Mərkəzi Bankından gələn faiz endirimi Federal Ehtiyat Sistemi (FED) üzvlərinin davam edən şahin ritorikası ilə ziddiyyət təşkil etdiyi üçün avro mayın 15-də yüksəldiyi iki ayın ən yüksək qiyməti olan 1,088 dollardan geri çəkilərək 1,085 dollara qədər ucuzlaşıb
Çin ABŞ-ın 12 şirkətinə sanksiya tətbiq edilməsi barədə qərar verib.GDP xəbər verir ki, bu qərar ABŞ-ın Tayvana silah tədarük etməsi və Çin şirkətlərinin rusiyalı tərəfdaşları ilə əməkdaşlığa görə tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib. Sanksiyaya məruz qalan korporasiyaların yüksək səviyyəli rəhbərlərinin Çinə girişi qadağan edilib. Onların qonaq statusu və rezidentlik müraciətləri ləğv ediləcək. Bu sanksiyalar əsasən suveren dövlətin üsyankar bölgəsinə silah tədarükünü davam etdirən ABŞ müdafiə sektorunun nümayəndələrini hədəf alır.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun genişləndirilmiş iclasında su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması ilə bağlı mexanizmlər təqdim edilib.GDP xəbər verir ki, komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bildirib:”Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su…
Ölkəmizdə əhali seqmenti üzrə kreditə meyililik səviyyəsi yüksəkdir. Buna baxmayraq kreditlərin sığortalanması göstəricilərinə nəzər yetirdikdə kreditini sığortalayan vətəndaşların sayının, kredit götürən vətəndaşlara nisbətdə çox az olması qənaətinə gəlmək olar. GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024cü ilin yanvar-aprel ayları ərzində kreditlərin sığortası üzrə 1 milyon 489,8 min manat sığorta haqqı toplanıb. Bu da ötən ilin yanvar-mart aylarının kreditlərin sığortalanması göstəricisi ilə müqaisədə 823.5 min manat və ya 55.2% çoxdur. GDP ötən il kreditlərin sığortalanması üzrə toplanan sığorta haqlarının məbləğ ifadəsində rüblər üzrə dinamikasını təqdim edir. Cari ildə də kreditlərin sığortası göstəriciləri isə aşağıdakı kimi olub. Müəllif: Aynur Qəniyeva
Eli Lilly bildirib ki, o, Livanda, İndianada yerləşən istehsal zavoduna, çox populyar olan arıqlama dərmanı Zepbound və digər dərmanların tədarükünü artırmaq üçün daha 5,3 milyard dollar sərmayə qoyur. GDP xəbər verir ki, hazırda bu tip dərmanlara tələbat keçən il həyata keçirilən tədarükü çox üstələyib, ABŞ-da çatışmazlıqlara səbəb olub və əczaçılıq nəhəngini istehsalını genişləndirmək üçün böyük sərmayə qoymağa məcbur edib.
Ötən gün Nəsimi rayonunda açılışı olmuş “Crescent Mall” ticarət mərkəzində fəaliyyət göstərən “Rahat Gourmet” marketin ilk iş günündə iş adamlarını ziyarət etdik. GDP xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov rəsmi sosial media hesabında yazıb. Agentlik sədri bildirib: “Marketdə istehlakçılar üçün yaradılan şəraitlə tanış olduq, retail sahəsinin inkişafına dair fikir mübadiləsi apardıq.”
Foreks birjalarında ən çox qazanan valyuta türk lirəsidir belə ki, Lirə 0,27% bahalaşıb. GDP xəbər verir ki, avro 0,14%, Britaniya Funtu 0,05%, Yapon yeni 0,1% qazandıran valyutalar olub. Ən çox ucuzlaşan İsveç Kronudurdur ki, 0,25% eniş nümayiş etdirib. Forex birjalarında Dollar indeksi 0,13% ucuzlaşıb.Gürcüstan Larisi 1,53% ucuzlaşmaqla ən çox itirən valyuta olub.Filippin Pesosu 0,33%ucuzlaşma ilə ən çox enən ikinci valyuta olub.
Qızıl iki həftəlik minimumdan 2,325 dollara yüksəlibGDP xəbər verir ki,UBS analitikləri qızılın qiymətinin proqnozunu 2024-cü ilin sonuna qədər 2600 dollara qaldırıblar, Citi isə növbəti 6-18 ay ərzində 1 unsiya üçün 3000 dollar proqnozlaşdırır.
