Author: Aynure Gdp

Brent markalı neftin bir barreli 82,32 dollara yüksəlib.GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri 1 barel üçün 82,32 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,2 dollar və ya 0,24% bahadır.

Read More

Qızıl son 2 həftənin minimum qiymətinə ticarət olunur. GDP xəbər verir ki, bu gün qızıl Federal Ehtiyat Sisteminin (FED) faiz azaltması ilə bağlı spekulyasiyaların geri çəkilməsi fonunda iki həftənin ən aşağı səviyyələrinə yaxınlaşıb Qızılın 1 unsiyası 2,340 dollar ətrafında bahalaşıb.

Read More

Neft OPEC-in iclası öncəsi gözlənildiyi kimi sabit qalırGDP xəbər verir ki, bu gün WTI markalı xam neftin fyuçersləri 78 dollar/barel ətrafında sabit qalıb. İnvestorlar OPEC-in iyunun 2-də keçiriləcək iclası öncəsi irihəcmli risklərdən yayınıblar. OPEC keçən həftə 2024-cü il üçün neft tələbatının gündəlik 2,25 milyon barel artımını gözlədiyini açıqlayıb. Beynəlxalq Enerji Agentliyi (BEA) isə 1,2 milyon barellik zəif artımı proqnozlaşdırdığını bildirmişdi. Şimal yarımkürəsində yay sürücülük mövsümünün başladığını nəzərə alaraq bazarların tələb meyllərini izləyəcəyini proqnozlaşdırmaq olar. Qeyd edək ki, keçən həftə neft qiymətləri 2%-dən çox ucuzlaşıb.

Read More

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 25-də bildirib ki, Türkiyənin maliyyə siyasəti inflyasiya təzyiqini artırmayacaq. GDP xəbər verir ki, Xarici İqtisadi Əlaqələr Şurasına müraciət edən Ərdoğan, illik inflyasiyanın may ayında azalmadan əvvəl pik nöqtəsinə çatmalı olduğunu, Mərkəzi Bankın son proqnozlarını təkrarlayaraq, iqtisadi proqramı təsdiqlədiyini bildirib. “İlin ikinci yarısında dezinflyasiya dövrünə qədəm qoyacağıq. Fiskal siyasətlə inflyasiya təzyiqlərinə imkan verməyəcəyik”. Ərdoğan əlavə edib ki, iqtisadi proqram əsasən inflyasiyanın birrəqəmli rəqəmlərə endirilməsini nəzərdə tutur. “Biz inflyasiyanın müvəqqəti rahatlama deyil, davamlı olaraq aşağı düşməsini hədəfləyirik.” İllik istehlak qiymətləri indeksi-inflyasiya aprel ayında 70%-ə yaxın olup və bu ay təxminən 75%-ə çatacağı gözlənilir. Mərkəzi Bank ötən ilin…

Read More

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb. GDP xəbər verir ki, 2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib. Əmanətlərin Sığortalanması Fondundan bildilib: “İki bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesi yekunlaşdırılıb. Digər 4 bank – “Royalbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Gəncəbank” ASC və “Dəmirbank” ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir”…

Read More

Microsoft Telegram-da Copilot proqramını işə salıb. Şirkət Telegram-da CopilotOfficialBot adlı rəsmi chatbot təqdim edib. GDP xəbər verir ki, çatbot Telegram messencerində müxtəlif tapşırıqları yerinə yetirə və istifadəçi sorğularına cavab verə bilər. Tapşırıqların nümunələrinə aşağıdakılar daxildir: Telegram-da “Copilot”un istifadəsi gündə 30 sorğu ilə məhdudlaşır. “Microsoft” tərtibatçıları cəlb etmək və istifadəçilərin sayını artırmaq üçün “Copilot”un istifadəsini genişləndirməyi planlaşdırır.

Read More

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1% çoxdur.  GDP Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4580,0 milyon manatı və ya 30,0 %-i neft sektorunun, 10690,0 milyon manatı və ya 70,0 %-i isə qeyri-neft sektorunun payına düşəcək.

Read More

S&P 500 indeksinin ABŞ da seçki keçirilən illərində dəyişmə dinamikası diqqəti cəlb edib. GDP xəbər verir ki, son 100 il ərzində yəni 1928-ci ildən 2016-cı ilə qədərki müddəti əhatə edən zaman kəsiyində S&P 500 indeksi seçki keçirilən illərində orta hesabla 11,28% artıb. Qalib gələn partiyaya görə dinamika: Respublikaçıların qələbələri: S&P 500 orta hesabla 15,3% artıb. Demokratik qələbələr: İndeksdə orta hesabla 7,6% artım qeydə alınıb. Qeyd edək ki, 2020-ci il cədvələ daxil edilməyib, lakin təxminən 16% artımla başa çatıb.Cari İlə gəldikdə isə hazırda bu seçki ilində S&P 500 təxminən 10,8% artıb.

Read More

Dövlət Neft Fondunun gəlirləri 2 milyard manat artacaq GDP Maliyyə Nazirliyinin yayımladğı məlumata istinadən məlumat verir ki, İcmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri cari ilin təsdiq edilmiş göstəricisinə nisbətən 2 milyard 36 milyon manat və ya 16,9% artaraq 14 milyard 109,2 milyon manat həcmində təmin edilib.

Read More

Azərbaycanın 2024-cü il dövlət büdcəsində iqtisadi fəaliyyətlə bağlı xərclərin 7 milyard 788 milyon manatdan 9 milyard 902,7 milyon manata çatdırılması nəzərdə tutulub.GDP Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iqtisadi fəaliyyətə çəkilən xərclər 2 milyard 114,7 milyon manat artıb.O cümlədən, tikinti və abadlıq xərcləri 6 milyard 309,4 milyon manatdan 8 milyard 111,3 milyon manata çatdırılıb.

Read More