Author: Aynure Gdp

Xalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 728 mln ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etdib. GDP xəbər verir ki,kredit ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG standartlarına uyğun istifadə olunacaq. Layihədə müxtəlif ölkələrdən 34 maliyyə qurumu yer alıb.

Read More

Dövlət büdcəsinin gəlirlərinin 48,9%-i və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. GDP Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5% artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat və ya 2,1 % azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat və ya 8,8% çoxdur.

Read More

Neftin bir barrelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza  nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilib. GDP Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklərdə qeyd olunub

Read More

Brent markalı neftin bir barreli 81,55 dollara yüksəlib GDP xəbər verir ki, neft qiymətləri cümə günü axşam saatlarında nisbətən yüksəlməyə başlayaraq ardıcıl dörd seans davam edən bir sıra enişi qıra bilib. Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçersləri, Moskva vaxtı ilə saat 18:13-ə olan məlumata görə, 0,19 dollar və ya 0,23% bahalaşaraq bir barel üçün 81,55 dollar olub. Nyu-York əmtəə birjasında iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,33 dollar 0,44% artaraq 77,21 dollar/barelə bərabər olub.

Read More

ABŞ-da investorlar Şəxsi istehlak xərclərinin Qiymət İndeksini, şəxsi gəlir və xərcləri və bir neçə Federal Ehtiyat Sistemi(FED) rəsmisinin çıxışlarını yaxından izləyəcəklər. Həmçinin, diqqət ilin birinci yarısında ÜDM artım proqnozunun reallaşmasına, korporativ mənfəətə, Mərkəzi Bankın istehlakçı inamı göstəricilərinə, gözlənilən ev satışlarına və Case-Şiller Ev Qiyməti İndeksinə yönəldiləcək. GDP xəbər verir ki, qlobal miqyasda diqqət Almaniya, Avrozona, Fransa, İtaliya, İspaniya, Polşa, Avstraliya və Hollandiya üçün inflyasiya dərəcələrinə yönələcək. İsveçrə, Türkiyə, Hindistan və Kanada üçün ÜDM artım templəri açıqlanacaq. Avrozona, İtaliya, Braziliya və Meksikada işsizlik göstəriciləri açıqlanacaq. Həmçinin, izləniləcək əsas göstəricilər arasında Almaniyanın GfK İstehlak İqlimi Göstəricisi və Çinin NBS İstehsalat və Xidmətlər…

Read More

Goldman Sachs indi FED-in sentyabr ayında ilk faiz endirimini gözləyir Amerika bankı Goldman Sachs Group, Federal Ehtiyat Sisteminin (FES) rəhbərlərinin son bəyanatları fonunda Federal Ehtiyat Sisteminin (FES) əsas faiz dərəcəsinin azaldılması vaxtı ilə bağlı proqnozunu dəyişib. GDP xəbər verir ki, Goldman indi faizin ilk dəfə gözlənildiyi kimi iyul ayında deyil, sentyabrda 25 baza bəndi azaldılmasını gözləyir. Bazar da bu fikrə sadiqdir və sentyabrda eniş ehtimalını 54%, iyulda isə yalnız 12% səviyyəsində qiymətləndirir. Goldman iqtisadçılarına görə, sentyabr ayında uçot dərəcəsinin azaldılmasına tam inam yoxdur. “Görünür, FED rəhbərliyi inflyasiya ilə bağlı təmkinli münasibət sərgiləyir və tezliklə faizləri azaltmağa hazır olacaq. Bununla belə,…

Read More

Bitcoin (BTC) qiyməti, Ethereum ETF-nin spot aktiv kimi təsdiqlənməsi xəbərindən sonra ötən gün 2,12% ucuzlaşıb. GDP xəbər verir ki, bu, həftənin əvvəlində Bitcoin (BTC) 9% yüksələrək bütün zamanların ən yüksək qiymətinə 72.000 dollara qədər bahaşdıqdan sonra treyderləri təəccübləndirdi. Qəfil eniş BTC-nin mayın 21-də 71 980 dollardan mayın 24-də gün ərzində minimum 66 606 dollara düşməsinə səbəb oldu.

Read More

Çin xarici investisiya axını noyabr ayından bəri ən aşağı səviyyəyə enib GDP xəbər verir ki, Çinə daxil olan birbaşa xarici sərmayə 2024-cü ilin ilk dörd ayında iliik müqaisədə 27,9% azalaraq 360,2 milyard yuana və ya 49,74 milyard dollara düşüb ki, bu da ləng iqtisadiyyat şəraitində dönüşün çətin olaraq qaldığını göstərir.

Read More

SOCAR-ın 2023-cü ildə Petkim kompleksinin fəaliyyətinin optimallaşdırılmasına sərmayələri təqribən 100 milyon dollar təşkil edib.GDP xəbər verir ki, SOCAR-ın 2023-cü ildə Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına yatırdığı investisiyalar 3,2 milyard türk lirəsi (indiki məzənnə ilə 99,2 milyon dollar) olub. “Petkim Petrokimya Holding”in 2023-cü ildə fəaliyyətinin yekunlarına dair illik hesabatında verilən məlumatda bildirilir ki, 2022-ci ildə kompleksin inkişafına qoyulan investisiyaların 4 milyard 108 milyon türk lirəsi təşkil etdiyini nəzərə alsaq, ötən ilin yekunlarına görə onların həcmi 22,1% azalıb.Hesabata görə, 2023-cü ildə “Petkim”in istehsal həcmi 2,3 milyon ton (artım 4,5%) təşkil edib. Hesabat dövründə holdinq 1,88 milyon ton neft-kimya məhsulları satıb…

Read More

KOBİA tərəfindən “Smartpost” MMC-yə “Startap” şəhadətnaməsi verilib. GDP xəbər verir ki, “Smartpost” startapı karqo şirkətlərinin, internet mağazaların və elektron ticarətlə məşğul olan KOB-ların işini asanlaşdırır. Startapın yaratdığı “ağıllı poçt qutuları”, digər adı ilə desək “Kargomat” karqo və internet sifarişlərinin avtomatlaşdırılmış poçt qutularından növbəsiz, təmassız və 7/24 rejimində götürülməsinə imkan verir. Layihənin reallaşdırılması üçün KOBİA tərəfindən “Smartpost” MMC-yə “Startap” şəhadətnaməsi verilib.

Read More