- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
- Citi Brent neftinin qısamüddətli proqnozunu 15 dollar artırdı – qiymət 85 dollara çatdırılıb
Author: Aynure Gdp
Dow Jones İndeksi 0,88% yüksələrək bağlanıb. “GDP” xəbər verir ki, Nyu-Yorkda Dow Jones indeksi çərşənbə günü 350 bənd və ya 0,88 faiz bahalaşıb. Ən çox qazananlar Salesforce (3,87%), Home Depot (2,43%) və Merck (2,39%) olub. Ən böyük itkilər Walt Disney (-2,55%), Boeing (-2,08%) və Travellers Companies (-1,43%) şirkətlərindən olub.
OPEK+ ölkələrinin hasilatı azaltmaq qərarı bir çox zaman mənfi məqam kimi xarakterizə edilir. Bir çox ekspertlər qeyd edir ki, biz bazar payından imtina edirik, əslində isə bu daha uzun vadəli strategiyanın tərkib hissəsidir. “GDP” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib O bildirib ki, əgər bu gün neft qiymətləri yüksək olmasa ABŞ şist neft sektoru sərmayə cəlb edə bilməz. “Çünki neft qiymətləri yüksək olanda ABŞ şist neft sektoru rentabellli olur və daha çox sərmayə cəlb edir, deməli bizim qərarlar ABŞ-da maraqlarına uyğundur. Həm də uzunmüddətli dövrdə biz daha yüksək qiymətlə itirilmiş payı bərpa edəcəyik. OPEK-a qarşı sanksiyalar isə…
Bolqarıstan “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi çərçivəsində birgə müəssisədə iştirak etmək istəyir “GDP” xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə “Xəzər – Qara dəniz – Avropa” yaşıl enerji dəhlizi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın ötürücü sistem operatorları arasında birgə müəssisə yaradılacaq. Bu barədə Tbilisidə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrasına həsr olunmuş nazirlərin 7-ci görüşündə razılıq əldə olunub. Birgə sazişin iştirakçıları arasında anlaşma memorandumunun tezliklə imzalanması barədə razılıq əldə olunub.Nazirlərin növbəti görüşü iyulda Buxarestdə baş tutacaq.
Tesla Çin və Avropada problemlərlə üzləşir. “GDP” xəbər verir ki, aprel ayında avtomobil satışı ötən illə müqayisədə 21% azalıb. Çində ümumi avtomobil satışlarının 28% artmasına baxmayaraq, Teslanın Çindəki bazar payı 4%-dən 2,6%-ə düşüb. Şirkət eyni qiymətə tez-tez Tesla-dan üstün olan Çin istehsalçıları ilə rəqabət aparmaq üçün mübarizə aparır. ABŞ-da Çin elektrik avtomobillərinə 100% tariflər tətbiq edildikdən sonra Tesla “evdə”təhlükəsizdir. Avropa İttifaqında (Aİ) Teslanın Almaniyadakı yeganə fabriki eko-fəalların təzyiqi altındadır. 1200-dən çox insan Gigafactory-nin genişləndirilməsi üçün lazım olan şəhər yaxınlığında meşələrin qırılmasının dayandırılmasını tələb edərək etiraz aksiyalarında iştirak edir. Radikallar avtomobil istehsalını dayandırmağa və kapitalizmi dağıtmağa çağırırlar. Lakin reallıqda onlar Teslanın…
Mərkəzi Bankın Çağrı mərkəzinə yeni funksionallıqlar əlavə edilib “GDP” xəbər verir ki, həmin funsiyalar əks əlaqə və zəng sifarişi funksiyasıdır Məlumata görə, əks əlaqə funksiyası özündə müəyyən səbəblərdən dolayı vətəndaşların 966 Qaynar xətti ilə əlaqə saxlaması mümkün olmadıqda bu zənglər cavablandırılmayan zənglər olaraq qeydiyyata düşür və əməkdaşlar tərəfindən həmin vətəndaşlarla əks əlaqə yaradılmasını ehtiva edir. Zəng sifarişi funksiyasına isə vətəndaşların Mərkəzi Bankın Qaynar xətti ilə əlaqə saxladıqları zaman 1 düyməsini seçməklə zəng sifarişi xidmətindən istifadə edə bilməsi daxildir. Mərkəzi Bankdan verilən məlumatda bildirilir: “Müəyyən səbəblərdən dolayı vətəndaşların 966 Qaynar xətti ilə əlaqə saxlaması mümkün olmadıqda bu zənglər cavablandırılmayan zənglər olaraq qeydiyyata…
1944-cü ildə yaradılmış Beynəlxalq Valyuta Fondu (BVF) maliyyə yardımı və sabitliyi, məhsuldarlığı və iş imkanlarını artırmaq üçün siyasət istiqamətində təlimat verməklə ölkələrin iqtisadi artımını dəstəkləyir. Ölkələr iqtisadi böhranları həll etmək, valyutalarını sabitləşdirmək, struktur islahatları həyata keçirmək və tədiyə balansında yaranan çətinlikləri yüngülləşdirmək üçün BVF-dən kreditlər alır. Aşağıdakı cədvəldə Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan 10 ölkə əks olunur. Argentina siyahıya başçılıq edirArgentinanın BVF-yə olan borcu ölkənin ÜDM-nin 5,3%-nə bərabərdir. Ümumilikdə ölkənin Beynəlxalq Valyuta Fonduna 32 milyard dollardan çox kredi borcu mövcuddur. Ən çox borcu olan 10 ölkədən 5-i Afrikada, 3-ü isə Cənubi Amerikadadır. Siyahımızdakı yeganə Avropa ölkəsi olan Ukrayna…
Bu gün mis fyuçersləri rekord həddə bahalaşıb. Qlobal iqtisadiyyatın davamlı elektrikləşdirilməsi fonunda bu metala tələb güclü olaraq qalır. “GDP”nin məlumatına görə, NYMEX-də mis qiymətləri bir funt üçün 5,02 dollar təşkil edib. Mis ilin əvvəlindən indiyə qədər olan müddət ərzində 25%-dən çox bahalaşıb. Bank of America-nın proqnozlarına görə, elektrik avtomobilləri və ümumilikdə nəqliyyat sektorunun misə tələbatı bu il təxminən 5% artacaq. Mis həm də məlumat mərkəzlərində istifadə olunan kabellər üçün kritik materialdır, bu istiqamətdə də çoxalan tələb qırmızı metala tələbatı artırıb. Süni intellekt bumu məlumat mərkəzlərinə daha çox ehtiyac yaradır.
Prezident İlham Əliyev “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb. “GDP” xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli Forum iştirakçıları! Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə salamlamaqdan məmnunluq duyuram. Qloballaşan və sürətlə transformasiya olunan müasir dünyada son dərəcə mürəkkəb ictimai-siyasi proseslər baş verir, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və bəşəriyyətin əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə dünya dinlərinin sülh və həmrəylik çağırışlarına,…
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılsın. 2. Müəyyən edilsin ki, Mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi…
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə Çinin Ciansu əyalətinin Nankin şəhərində “Azərbaycan Ticarət Evi”i açılıb. “GDP” xəbər verir ki, açılışda Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Nankin Şəhər Xalq Hökumətinin Baş katibinin müavini Çen Youmin, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak edib. Ticarət evində 340 kv. m ərazidə xalça, şərab, araq, brendi, meyvə şirəsi, turşu, şirniyyat da daxil olmaqla 60 növ məhsul satışa çıxarılıb. Burada məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilək. Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4…
