Author: Aynure Gdp

2025-ci ilin oktyabr ayında dövriyyədə olan ödəniş kartlarının sayı   21,701 min ədəd olduğu halda, 2024-cü ilin oktyabr ayında bu göstərici   19,162 min ədəd təşkil edib ki, bu da  2,539 min ədəd və 13.3%-lik artım deməkdir. GDP Mərkəzi Bankın 2025-ci ilin oktyabr ayına dair Statistik Bülleteninə istinad xəbər verir ki, debet kartlarının sayı isə 16,676.5 min ədəd-dən 19,344.8 min ədəd-ə yüksəlmişdir ki,  bu da mütləq artım 2,668.3 min ədəd və ya 16.0% artıb. Ancaq kredit kartlarının sayında azalma qeydə alınıb: 2024-cü ildə 2,485.5 min ədəd olan kredit kartlarının sayı 2025-ci ilin oktyabr ayında 2,356.2 min ədəd-ə düşərək, 129.3 min ədəd…

Read More

PAŞA Bank, sahibkarlara maliyyə yükünü yüngülləşdirmək və bizneslərini daha da inkişaf etdirmək üçün yeni refinans biznes krediti məhsulunu təqdim edib. GDP xəbər verir ki, bu yeni kredit məhsulu, sahibkarlara digər banklarda mövcud olan biznes kreditlərini daha sərfəli şərtlərlə tamamlamağa və qalan vəsaiti öz bizneslərinin inkişafına yönəltməyə imkan verir. Refinans biznes krediti məhsulunun əsas üstünlükləri: 250,000 AZN-dək kredit imkanı İllik 13%-dən başlayan faiz dərəcələri Girovsuz kredit şərtləri Bu məhsul, xüsusilə mövcud biznes kreditinin bitməsinə 3 ay və ya daha az müddət qalan sahibkarlara yönəldilib. Bu sayədə sahibkarlar, maliyyə çətinlikləri ilə qarşılaşmadan mövcud borclarını daha uyğun şərtlərlə ödəyə və artıq olan vəsaiti…

Read More

Reuters agentliyi bildirir ki, spott bazarında gümüşün qiyməti ticarətin bərpasından sonra unsiyası 54.53 ABŞ dolları səviyyəsinə qalxaraq tarixi maksimuma çatmışdır. UBS təhlilçiləri öz proqnozlarını yaxşılaşdıraraq indi qiymətli metalın 2026-cı ildə unsiyası 60 ABŞ dolları civarında işlənməsini gözləyirlər. Onların sözlərinə görə, “unsiyası 65 ABŞ dolları qədər tullanma ehtimalı var”, lakin bu, davamlı olmaya bilər. Cari həftə ərzində gümüşün dəyəri 7.8% artmışdır. Qızılın qiyməti cümə günü 0.4% qalxaraq onsuna 4171.76 ABŞ dolları səviyyəsinə yüksəlib. Bu, 14 noyabrdan bəri qeydə alınan ən yüksək göstəricidir. Qiymətli metal həftə ərzində 2.6%, aylıq bazarda isə 4.2% bahalaşmışdır.

Read More

2025-ci ilin oktyabr ayında unikal müddətli əmanətçilərin sayı sentyabr ayı ilə müqayisədə bu artım daha yüksək temp göstərmişdir. Belə ki, oktyabr ayında əmanətçi sayı sentyabr ayının göstəricisinə nisbətən 2.7% və ya rəqəmsal olaraq 4,812 nəfər artaraq, yeni rekord səviyyəyət çatmışdır. GDP xəbər verir ki,Mərkəzi Banka istinadla xəbər verir ki, bununla belə, ilin əvvəlindən olan ümumi artım göstəricilərinə nəzər salsaq, daha əhəmiyyətli bir vəziyyət açıq-aydın görünür. Hələ sentyabr ayında ilin əvvəlindən artım 30,638 əmanətçi və  ya  20.4%  təşkil edirdisə, oktyabr ayında bu rəqəm 35,450 əmanətçi 23.6%-ə  qalxaraq, cəmi bir ay ərzində ümumi artımda 3.2 faizlik və ya 4,812 nəfərlik əlavə bir…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfəri çərçivəsində Çin Kapital Bazarlarının Tənzimlənməsi Komissiyasının (ÇKBTK) sədri Vu Qinq ilə geniş görüş keçirib. Görüşdə tərəflər iki ölkənin kapital bazarının mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə tənzimləyici-nəzarət mexanizmlərində aparılan yeniliklər barədə fikir mübadiləsi aparıblar. Xüsusi diqqət kapital bazarında innovativ alətlərin tətbiqinə və müasir texnoloji trendlərə yönəldilib. Müzakirələr zamanı investorların hüquqlarının qorunması, kiçik investorların kapital bazarlarına cəlb edilməsi kimi mühüm məsələlər də araşdırılıb. Tədbir çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə ÇKBTK arasında gələcək əməkdaşlığın istiqamətləri, o cümlədən birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları da müzakirə…

Read More

“AccessBank” QSC-nin İdarə Heyətinə yeni üzv seçilib. GDP xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Teymur Ağakişiyev Tofiq oğlu müvafiq vəzifəyə seçilib və dekabrdan vəzifənin icrasına başlayır. Teymur Ağakişiyev bank sektorunda uzunmüddətli təcrübəyə malikdir. 2025-ci ilin aprelindən “AccessBank” Baş əməliyyat direktoru vəzifəsində çalışır . Əvvəllər “Expressbank” ASC-də 16 ildən artıq fəaliyyət göstərərək müxtəlif vəzifələrdə çalışıb.İdarə Heyətinin sədrinin müavini və Maliyyə direktoru, Baş əməliyyat direktoru kimi vəzifələrdə çalışıb. O, həmçinin “Expresspay” layihəsinin təşəbbüskarı olub. Daha əvvəl “Premium Bank” ASC və  “Media Holding (Lider TV & Radio) kimi iri şirkətlərdə çalışıb. Bununla da “AccessBank”ın İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə beşə…

Read More

Türkmənistan prezidenti Serdar Berdimuhamedov virtual aktivlərə dair qanunu imzalayaraq ölkədə kriptovalyuta mayninqi və kriptobirjaların fəaliyyətini leqallaşdırıb. GDp xəbər verir ki, yeni qanuna əsasən, rəqəmsal valyuta hasilatı (mayninq) ilə məşğul olmaq hüququ artıq fərdi sahibkarlara və hüquqi şəxslərə verilir. Lakin bu fəaliyyətlə məşğul olanların Mərkəzi Bankda mütləq dövlət qeydiyyatından keçməsi tələb olunur. Qanunda xüsusi qadağalar da nəzərdə tutulub. Xüsusilə, üçüncü şəxslərin avadanlıqlarının onların icazəsi olmadan mayninq məqsədi ilə istifadəsi qadağan edilib. Kriptovalyuta reklamları ilə bağlı da bir sıra tələblər müəyyən edilib. Belə ki, bütün reklam materiallarında investorları risklər barədə xəbərdar edən, virtual aktivlərin dövlət tərəfindən təmin edilmədiyini və pul itkisi ehtimalını…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüşüb. GDP xəbər verir ki, görüşdə hər iki ölkənin iqtisadiyyatında baş verən son yeniliklər və həyata keçirilən islahatlar ətraflı müzakirə edilib. Tərəflər, bank və sığorta sektorlarındakı inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası və nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət proseslərində tətbiqi mövzularına xüsusi diqqət ayırıblar. Bundan əlavə, sığorta sektorunda innovativ yanaşmalar və yeni həllərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılıb. Görüşün əsas mövzularından biri də Azərbaycan və Çin maliyyə nəzarəti…

Read More