- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
Author: Aynure Gdp
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Sinqapurda Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) hüquq sahəsində keçirilən beynəlxalq sammitində təmsil olunub. GDP xəbər verir ki, “Baker McKenzie” və Sinqapur İnvestisiya Korporasiyasının (GIC) birgə təşkilatçılığı ilə keçirilən üçgünlük tədbirdə suveren fondlardan və özəl sektordan 200-dən çox nümayəndə iştirak edib. Sammitdə iştirakçılar qlobal vergi siyasətləri, süni intellektlə bağlı risklər və idarəetmə mexanizmləri, komplayns sahəsində qabaqcıl təcrübələr, habelə geosiyasi dəyişikliklər fonunda beynəlxalq investisiyalar kimi aktual mövzuları müzakirə ediblər. Tədbir çərçivəsində keçirilən “Komplayns funksiyası – ən yaxşı təcrübələr və bilik mübadiləsi” adlı panel müzakirəsində ARDNF-nin Komplayns üzrə meneceri Nigar Usubova çıxış edib. O, Fond və SFBF…
Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib. Belə ki, yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank mobil tətbiqi və İnternet Bankçılıq üzərindən mərkəzləşdirilmiş şəkildə izləmək imkanı yaradır. Müştərilər mobil tətbiq və İnternet Bankçılıq üzərindən balanslarını, əməliyyat tarixçələrini və ümumi maliyyə vəziyyətlərini asanlıqla izləyə, məlumat paylaşımı üçün icazə müddətini isə özləri müəyyən edə bilərlər (30 gündən 90 günədək). Məlumat üçün bildirək ki, “Açıq bankçılıq” konsepsiyası maliyyə xidmətlərinə çıxış imkanlarının əhəmiyyətli dərəcədə…
30 sentyabr 2025-ci il tarixinə olan maliyyə göstəricilərinə görə ABB-nin xalis mənfəəti 235.084,87 min manatdan 261.322,58 min manata qalxaraq 26.237,71 min manat və ya 11,2% artıb. Aktivlər ABB-nin aktivlərinin strukturunda Nağd pul və ekvivalentləri 2025-ci ilin 3-cü rübünün sonuna 3.287.438,04 manatdan 2.737.539,69 manata enmişdir ki, bu, 549.898,35 manatvəya 16,73% azalma deməkdir. ABB-nin Ticarət və investisiya qiymətli kağızları 2.887.737,92 manatdan 3.203.550,28 manata yüksəlmişdir ki, burada 315.812,36 manatlıq artım baş vermişdir, bu da 10,94%-lik artım deməkdir. Hesabat dövründə ABB-nin Banklardakı depozitləri 937.982,78 manatdan 488.311,10 manata düşmüşdür ki, bu, 449.671,68 manatlıq (-47,94%) azalma deməkdir. Banklara verilən kreditlər 21.977,19 manatdan 15.814,50 manata geriləyərək 6.162,69…
“Bank Melli İran”ın Bakı filialının 2025-ci il yanvar-sentyabr dövrünə aid maliyyə hesabatının təhlili göstərir ki, bank bu dövrdə 4.378.338,51 manat xalis mənfəət əldə edib. GDP bankın maliyyə hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 645.537,51 manat və ya 12,85% azdır. Hesabat dövründə ,”Bank Melli İran”ın xalis faiz gəlirlərində 15,42% artım qeydə alınıb ki, bu da 4.296.906,99 manat məbləğində özünü göstərir və bankın əsas fəaliyyət istiqamətində uğurunu təsdiq edir. Eyni zamanda faiz xərclərinin sıfıra enməsi və komissiya gəlirlərindəki 152,73% artım bankın resurs bazasını və komissiya əməliyyatlarını daha səmərəli idarə etdiyini aşkar edir. Ancaq digər tərəfdən,…
İnnovasiya lideri Bakcell-in meqa lotereyasında ilk avtomobil – “Zeekr 001” artıq öz sahibini tapdı! Minlərlə iştirakçı arasında Bakcell süni intellektin seçimi ilə qalib Cəfər Cəfərzadə oldu. Bu gün o, “Şans”ını reallığa çevirdi!Bundan əlavə, daha 2 nəfər “iPhone 17” qazanaraq qaliblər sırasına qoşulub. Ümumilikdə, avtomobil də daxil olmaqla artıq 7 nəfər Bakcell-in meqa lotereyasından hədiyyə qazanıb.Sən də növbəti qalib ola bilərsən!Bakcell abunəçiləri hər gün “iPhone 17”, hər həftə “Zeekr 001”, finalda isə “Porsche Cayenne” qazanmaq şansı əldə edirlər.Qalib olmaq indi çox asandır! Sən də “Şans” paketini al və qaliblər sırasına qoşul!Sadəcə Bakcell-in “Şans” paketlərindən birini al və şansını 8 dəfəyədək artır:•…
Səbəb: Bazarın sağlam, şəffaf və etibarlı şəkildə işləməsinin təmin edilməsidir. Bu olmadıqda, investorlar arasında ədalətsiz mühit yarana, manipulyasiya halları baş verə və ümumilikdə bazara olan etibar azala bilər.Bəs kapital bazarında nəzarət hansı məqsədlərə xidmət edir?Birincisi, kapital bazarında nəzarət investorların maraqlarını qoruyur. Bəzən şirkətlər (emitentlər) və ya maliyyə vasitəçiləri (investisiya şirkətləri) məlumatları gizlədə, səhv göstərə və ya manipulyasiya edə bilərlər. Nəzarət orqanı (ölkəmizdə Mərkəzi Bank) belə halların qarşısını alır, şirkətlərin maliyyə hesabatlarını və açıqlamalarını yoxlayır, qanun pozuntusu halı olduqda müvafiq tədbirlər görür. Bununla da investor bazara daha inamlı şəkildə daxil olur, investisiya imkanlarından yararlanır.İkincisi, nəzarət bazarın ədalətli və şəffaf işləməsini təmin…
Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə jest dilini öyrənmək üçün “JestPlus” mobil tətbiqi artıq istifadəyə verilib. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilib. Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarını genişləndirmək, inklüzivliyi təşviq etmək və jest dilinin öyrənilməsini hamı üçün əlçatan etməkdir. “JestPlus” tətbiqi jest dili üzrə sistemli öyrənmə üçün nəzərdə tutulub və istifadəçilərə lüğət funksiyasından kənara çıxaraq interaktiv dərslər, testlər və praktiki tapşırıqlar təqdim edir. Tətbiqin məzmununa 789 video,…
Azərbaycan Küveytin və dünyanın aparıcı brend françayzinq operatorlarından olan “Alshaya Group” şirkəti ilə rəqəmsal ticarət və innovativ yanaşmalar sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə edib. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bununla bağlı müzakirələr Küveytə işgüzar səfər zamanı şirkətin icraçı sədri Məhəmməd Alşaya ilə keçirilmiş görüşdə aparılıb: “Görüşdə qlobal biznes mühitində yeni imkanlar, həmçinin qabaqcıl təcrübələrin ölkəmizə transferi barədə fikirlərimizi bölüşdük”.
ABB-nin Baş direktoru Fuad İslamov, ODDO BHF Bank və Euler Hermes nümayəndələri ilə keçirilən görüş barədə məlumat verib. GDP-nin məlumatına görə, Fuad İslamov bildirib ki, görüş zamanı əməkdaşlıq imkanları müzakirə olunub və Almaniya şirkətlərinin Azərbaycanda, xüsusilə bərpa olunan enerji və iri sənaye sahələrindəki potensial layihələr araşdırılıb. İslamov, Euler Hermes sığortası altında uzunmüddətli maliyyələşdirmənin iri miqyaslı təşəbbüslər üçün yaxşı bir həll ola biləcəyini vurğulayıb. O, əməkdaşlıq üçün güclü potensial gördüklərini və qarşılıqlı faydalı layihələrin inkişaf etdirilməsinin, eyni zamanda Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Fuad İslamov, bu cür təşəbbüslərin hər iki ölkə üçün də iqtisadi inkişaf və…
Mərkəzi Bankın sədri Taleh Kazımov, Mentorluq proqramı çərçivəsində keçirilən dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynov ilə növbəti dəfə görüşüb. Görüşdə qaliblərin proqram çərçivəsində növbəti fəaliyyət istiqamətləri və peşəkar təşəbbüsləri müzakirə edilib. Taleh Kazımov, görüşdə həmçinin, qaliblərə gələcək strateji inkişaf planları və bank-maliyyə sektorunda uğur əldə etmək üçün praktiki tövsiyələr verib. Müzakirələr zamanı, həmçinin sektordakı inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. “Yüksəliş” müsabiqəsinin qalibləri, bu görüşün öz peşəkar inkişaflarına böyük töhfə verdiyini və növbəti mərhələlərdə daha böyük addımlar atmaq üçün vacib istiqamətləri müəyyən etdiklərini qeyd ediblər.
