Author: Aynure Gdp

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanın ilkin gəlirlər balansında 1.1 milyard ABŞ dolları həcmində kəsir qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.3 faiz azalma deməkdir. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə neft-qaz sektoru üzrə 1.4 milyard dollar məbləğində kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.3 milyard dollar həcmində profisit müşahidə olunub. İlkin gəlirlər üzrə ümumi dövriyyə isə 3.8 milyard dollar təşkil edib. Nəsirov bildirib ki, bu dövriyyənin 64.2 faizi və ya 2.4 milyard dolları Azərbaycandan qeyri-rezidentlərə edilən…

Read More

2025-ci ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyindən təsirlənib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə cari əməliyyatlar balansında 2.3 milyard ABŞ dolları həcmində profisit formalaşıb ki, bu da ÜDM-in 6.3 faizinə bərabərdir. Nəsirov bildirib ki, bu göstərici ölkənin makroiqtisadi sabitliyi baxımından müsbət hal kimi qiymətləndirilir.

Read More

“Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib ki, ölkənin aparıcı fintex şirkətlərindən biri “PashaPay” ilə “Mastercard” arasında innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzlanıb. GDP-yə bu barədə açıqlama verən Zeynalov qeyd etdi ki, bu əməkdaşlıq çərçivəsində “PashaPay”in daxil olduğu “Bir” ekosisteminin üzvü “M10” şirkəti birbaşa bir neçə sahədə Mastercard-la əməkdaşlıq edəcək. Əməkdaşlığın əsas istiqamətlərindən biri kart buraxılması olacaq. M10 şirkəti Mastercard brendi altında kartlar buraxmağa başlayacaq. Digər bir əməkdaşlıq sahəsi kibertəhlükəsizlik həlləri olacaq. Üçüncü olaraq, M10 şirkəti Mastercard-ın məsləhət xidmətlərindən yararlana biləcək. Emil Zeynalov həmçinin vurğulayıb ki, bu razılaşma Mastercard-ın MoneySend, Cross-Border Send və Alias Directory…

Read More

Azərbaycan hökuməti növbəti illər üzrə inflyasiya proqnozunu açıqlayıb. GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,4% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2% olacağı gözlənilir.

Read More

ABŞ-ın dörd nəhəng şirkətinin bazara dəyəri 3 trilyon dollar həddini aşdı. GDP xəbər verir ki, texnologiya nəhəngi Alphabet (Google-un ana şirkəti) bazarda 3 trilyon dollarlıq dəyərə çataraq, bu görkəmli kluba qoşuldu. Beləliklə, indi Nvidia, Microsoft və Apple ilə yanaşı, ABŞ bazarlarında dörd şirkət var ki, onların hər birinin bazara dəyəri 3 trilyon dolları ötüb. Bu göstərici, süni intellekt və bulud texnologiyalarına olan tələbatın artması səbəbindən bu texnologiya şirkətlərinin sürətli inkişafını bir daha nümayiş etdirir. Xüsusilə, Nvidia-nın bu qrupa sonradan qoşulması diqqət çəkir.

Read More

Onllikdən sonra ilk dəfə olaraq ki, valyuta riskindən qorunma ilə Amerikan aktivlərinə investisiya qoyan ETF-lərə (investisiya fondları) vəsait axını, bu cür qorunma olmayan fondlara olan axını üstələyib. Bunu Deutsche Bank-ın valyuta tədqiqatları üzrə qlobal rəhbəri Corc Saravelos bazar ertəsi günü bankın qeydində, 500-dən çox fondu əhatə edən məlumatlara istinadən yazıb.

Read More

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq ticarət üzrə “qolu” olan SOCAR Trading S.A. (İsveçrə) özəl “Italiana Petroli” (IP) şirkətinin aktivlərini satın alaraq, Avropada ən böyük enerji oyunçularından birinə çevrildi. GDP xəbər verir ki, müqaviləyə əsasən, SOCAR-a aşağıdakı aktivlər keçir: · İtaliyada yerləşən iki neft emalı zavodu;· Ölkə ərazisində fəaliyyət göstərən 4500-dən çox yanacaqdoldurma məntəqəsinin şəbəkəsi;· Geniş neft anbarları və saxlanma terminalları;· Əlaqəli logistika və nəqliyyat infrastrukturu. Məlumata görə, SOCAR Trading hər iki neft emalı zavoduna illik ümumilikdə 10 milyon ton xam neft təchizatını təmin etməyi öhdəsinə götürüb. Bu, Azərbaycan neftinin Avropa bazarında mövqeyinin daha da gücləndiyini nümayiş etdirir. Satın almanın…

Read More

İnnovasiya və sürət lideri “Bakcell” 15 sentyabr – Bilik Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) “Növbəti nəsil: Süni intellekt və İnnovasiya” adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi gənclərin süni intellekt və innovasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin rəqəmsal çağırışlarına hazırlamaq olub.Görüş çərçivəsində “Bakcell” və MTK-nın rəhbərliyinin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə süni intellektin gündəlik həyat və iş mühitinə təsirləri, innovasiyaların gələcəyi geniş şəkildə müzakirə edilib. Tədbir zamanı süni intellekt əsaslı robotun iştirakı iştirakçılarda böyük maraq yaradıb. “Prompt mühəndisliyi” mövzusunda keçirilən sessiyada isə iştirakçılar süni intellekt alətlərinin təqdim etdiyi imkanlarla, həmçinin bu alətlərin…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığının artırılması və maliyyə inklüzivliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində qtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (BMSŞ) tamhüquqlu üzv qəbul edilib. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, bu qərar çərçivəsində AMB şəbəkənin “Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə” üzrə işçi qruplarında fəal iştirak hüququ qazanıb. Üzvlük, eyni zamanda, Banka beynəlxalq səviyyədə hazırlanan siyasət sənədlərinin formalaşdırılması prosesinə birbaşa daxil olmaq və dünyanın qabaqcıl təcrübələri ilə tanış olmaq imkanı yaradır. Mərkəzi Bankın bu addımı ölkədə maliyyə savadlılığı proqramlarının beynəlxalq standartlara uyğun tətbiqinə, vətəndaşlar…

Read More