- Dünya birjalarında son vəziyyət: enerji və metallar yüksəlişdə
- ABŞ-ın nəhəng şirkətlərindən Morgan Stanley və Oracle kütləvi ixtisarlara hazırlaşır
- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
Author: Aynure Gdp
2025-ci ilin yanvar ayında 1778,5 min nəfər olan ümumi işçi sayı avqust ayına qədər tədricən azalaraq 1768,4 min nəfərə çatmışdır. GDP xəbər verir ki, bu, təxminən 10 min nəfərlik və ya 0,57%-lik bir azalma deməkdir. Əsas diqqət çəkən dəyişiklik işçilərin sektorlar üzrə paylanmasında baş verib. Dövlət sektorunda işçi sayı əhəmiyyətli dərəcədə azalma tendensiyası göstərir. Yanvar ayında 882,8 min nəfər olan dövlət sektoru işçilərinin sayı avqust ayında 858,1 min nəfərə qədər enmişdir. Bu, təxminən 25 min nəfərlik və ya 2,8 faizlik azalma deməkdir. Əksinə, qeyri-dövlət sektorunda isə daimi artım müşahidə olunub. Eyni dövrdə qeyri-dövlət sektorunda işçi sayı 895,7 min nəfərdən 910,3…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distributoru “Avtokapital-Azərbaycan” MMC şirkətinə sığorta agenti fəaliyyəti üçün lisenziya verib. GDP xəbər verir ki, hazırda Azərbaycanda 59 hüquqi şəxs, o cümlədən 21 bank sığorta agenti lisenziyasına malikdir. 2 milyon 179 min manat nizamnamə kapitalı olan “Avtokapital-Azərbaycan” şirkəti 2012-ci ildə dövlət qeydiyyatından keçib.
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb. Bu barədə GDP-yə TuranBankdan bildirilib. Qeyd edilib ki, sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə də Azərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eyni zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesab olunur. Əlavə edilib ki, saziş…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair ilkin rəqəmləri təqdim edib. GDP xəbər veir ki,icmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında yeyinti məhsulları üzrə ixrac 22,9% artaraq 774,2 milyon ABŞ dollarına bərabər olub. Cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2%, meyvə-tərəvəz 32,2%, kimya sənayesi məhsulları 24,3%, pambıq iplik 16,3%, çay 2,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2% artıb. 2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2% artaraq 614,4 milyon…
2025- ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 26 milyard 359,4 milyon manat vəsait daxil olub. Bu barədə GDP Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən məlumat verir. Büdcədən 22 milyard 308 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 4 milyard 51,4 milyon manatlıq profisit (büdcə artıqlığı) yaranmışdır.
Avropa Mərkəzi Bankı (AMB) faizləri sabit saxlamaq qərarı verib. GDP xəbər verir ki. AMB depozit faizini 2%, əsas refinansman faizini 2,15%, marjinal kredit faizini isə 2,40% səviyyəsində saxlayıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların gözləntiləri də bu istiqamətdə olub. AMB açıqlamasında bildirib: “Hazırda inflyasiya orta müddətli hədəf olan 2% ətrafındadir və İdarə Heyətinin inflyasiya proqnozuna dair qiymətləndirməsi ümumilikdə dəyişməyib”. Yenilənmiş üç aylıq proqnozlar göstərir ki, gələn il istehlak qiymətləri 1,7% artacaq; bu əvvəlki 1,6% proqnozundan hədəfə daha yaxın səviyyə hesab olunur. Lakin 2027-ci ildə istehlak qiymətləri əvvəlki proqnozdan daha az, yəni 1,9% artacaq. Cari ildə ÜDM-in 1,2%, 2026-cı ildə isə 1% artacağı…
Mərkəzi Bank pul siyasəti alətlərini maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib. GDP xəbər verir ki, məlumata görə, AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi-Azerbaijan Interbank Rate) indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. AZİR indeksinin orta günlük səviyyəsi iyulda 7,15%, avqustda 6,97%, sentyabrın ötən dövründə isə 6,98% təşkil edib. Ötən iclasdan bəri AZİR indeksindəki enişə paralel olaraq gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar qeydə alınıb. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri…
Azərbaycan Respublikasında əsas kapitala investisiyaların göstəriciləri açıqlanıb. Məlumata görə, ölkədə 2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala cəmi 11374,5 milyon manat məbləğində investisiya yönəldilib. GDP Dövlər Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azalmışdır. Investisiyaların sektoral bölgüsünə dair statistikalar onu göstərir ki, azalma əsasən neft-qaz sektorunda müşahidə olunub. Bu dövrdə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalarkən, qeyri-neft-qaz sektoruna investisiyalar 8,0 faiz artım göstərib. İstifadə olunmuş investisiyaların təyinatına görə bölgüsü aşağıdakı kimi olmuşdur: Investisiyaların mənbəyinə görə, əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyon manatını (77,0%) daxili investisiyalar təşkil edib. Hesabatlardan həmçinin məlum olub ki, əsas kapitala yönəldilmiş vəsaitin 8985,9 milyon manatı (79,0%) bilavasitə tikinti-quraşdırma…
Mərkəzi Bank “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb. GDP xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib. Qeyd edək ki, “Manato” və “Pulum” kredit platformaları “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatına məxsusdur. “Manato” 500 manatadək, “Pulum” isə 3000 manata qədər…
Mərkəzi Bankın məlumatına görə, ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZİR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. GDP -nin məlumatına görə, Mərkəzi Bankın yaydığı press-relizdə qeyd olunur ki, AZİR indeksinin orta günlük səviyyəsi iyulda 7,15%, avqustda 6,97%, sentyabrın ötən dövründə isə 6,98% təşkil edib. Ötən iclasdan bəri AZİR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. Aprel ayından etibarən Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit…
