Author: Aynure Gdp

Mərkəzi Bankın məlumatına görə, cari ilin ötən dövründə valyuta bazarında, həm nağd, həm də qeyri-nağd seqmentlərində ümumi təklif tələbi üstələmişdir. GDP-nin xəbərinə görə, Mərkəzi Bankın yaydığı press-relizdə qeyd olunur ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 1,5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29,3%-ə enib. Bu, məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə, tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2,3 milyard ABŞ dolları, yaxud ÜDM-in 6,3%-i səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yeddi ayında…

Read More

Mərkəzi Bank (MB) pul siyasəti alətlərini maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib. Məlumata görə, AZİR (Azərbaycan Gecəlik Əməliyyatların Orta Faiz Dərəcəsi) indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. AZİR indeksinin orta günlük səviyyəsi iyul ayında 7,15%, avqust ayında 6,97%, sentyabrın ötən dövründə isə 6,98% təşkil edib. Bu göstərici Mərkəzi Bankın faiz siyasətinin effektiv şəkildə həyata keçirildiyini və pul bazarında sabitliyin təmin olunduğunu nümayiş etdirir.

Read More

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. GDP xəbər verir ki, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib. Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə…

Read More

ABB Invest Investisiya Şirkəti 2025-ci ilin yanvar-avqust aylarında ümumi ticarət həcmi 6.73 milyard manat artaraq 39.1% böyümə ilə 23.97 milyard manat-ə çatmışdır. GDP xəbər verir ki, şirkətin inkişafında ən böyük töhfəni dövlət istiqrazları seqmenti təşkil etmişdir. Burada ticarət həcmi 303.8% artım göstərirək 2.42 milyard manat artıqla 3.22 milyard manat-ə yüksəlmişdir. Bu, şirkətin dövlət istiqrazları bazarında fəaliyyətini kəskin şəkildə genişləndirdiyini və bu seqmentdə özünü əsas oyunculardan biri kimi möhkəmlətdiyini aydın şəkildə nümayiş etdirir. Digər seqmentlərdə də əhəmiyyətli artım qeydə alınmışdır: Yeganə istisna korporativ istiqrazlar seqmentidir. Burada fəaliyyət praktiki olaraq dəyişməz qalmış, cüzi sayıla biləcək 0.3% azalma (371 min manat) müşahidə edilmişdir. Bazar payındakı dəyişikliklər: daha da dərinləşən liderlikŞirkətin uğuru təkcə mütləq rəqəmlərdə deyil, həm də nisbi göstəricilərdə…

Read More

ATM-lərdə müasir texnologiyaların tətbiqi istiqamətində növbəti yenilik reallaşdırılacaq. Belə ki, yaxın gələcəkdə bankomatlarda istifadəçilərin identifikasiyası üçün SİMA üztanıma sistemi tətbiq ediləcək. GDP xəbər verir ki, bu barədə məlumat “Azintelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə “AzInTelecom” MMC-nin Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli tərəfindən verilib. Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi vətəndaşların bank xidmətlərinə daha sürətli və təhlükəsiz şəkildə çıxışını təmin edəcək. “Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələcəkdə vətəndaşlar ATM-lərdə əməliyyat apararkən əlavə kart və ya şifrə daxil etmədən, sadəcə üz tanıma ilə identifikasiya olunacaqlar,” – deyə Məşədihəsənli qeyd edib. Qeyd edək ki, SİMA — rəqəmsal imza və identifikasiya platformasıdır və Azərbaycan vətəndaşlarına müxtəlif elektron…

Read More

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank, Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində “Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan edilib. Mükafat 02 sentyabr 2025-ci il tarixində Sinqapurda keçirilən rəsmi tədbir zamanı təqdim olunub. Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan bu nüfuzlu müsabiqədə müxtəlif ölkələrdən olan bankların ticarət və təchizat zənciri maliyyələşməsi sahəsində həyata keçirdikləri layihələr, kiçik və orta sahibkarlığın…

Read More

2025-ci ilin yanvar-avqust ayları üzrə investisiya şirkətlərinin ümumi bazar həcmi 67,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,2%-lik artım deməkdir. GDP xəbər verir ki, lider mövqeyini qoruyan PAŞA Kapital İnvestisiya Şirkəti 28,4 milyard manatlıq əməliyyat həcmi ilə bazarın 41,8%-ni əhatə edib. Bu göstərici şirkətə əvvəlki illə müqayisədə 3,7 faiz bəndi əlavə bazar payı qazandırıb. İkinci yerdə qərarlaşan ABB İnvest İSK isə 24 milyard manata yaxın dövriyyə ilə 35,3%-lik bazar payına malik olub. Lakin şirkətin bazar payı ötən illə müqayisədə 0,5 faiz bəndi azalıb. Üçüncü sırada yer alan CPM-İnvest İSK 3,48 milyard manatlıq əməliyyat həcmi ilə bazarın 5,1%-ni tutaraq, əvvəlki…

Read More

“Bank of Baku” ASC “Azərbaycan Beynəlxalq Bank”ASC-nin (ABB) səhmdarları sırasına daxil olub. GDP xəbər verir ki, ABB-nin nizamnamə kapitalının 0.007%-i “Bank of Baku” ASC-yə məxsusdur.  Həmçinin “Bank of Baku” ASC-nin “Bakı Fond Birjası” QSC-də 4.762 %, “Milikart” MMC-də 0.666% iştirak payı var. “Bank of Baku” ASC-nin səhmdarları isə “NAB Holding Anonim Şirketi” (35%), İsmayılov Hikmət Əbuzəroğlu (31.11%) və “Azpetrol Neft Şirkəti” MMC-dir (28.89%). 30 İyun 2025-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının (ABB) 29 min 953 şəxs, o cümlədən 29 min 921 şəxs fiziki, 32 hüquqi şəxs səhmdarı olub. ABB-nin 1 milyard 181 milyon 121 min manat nizamnamə kapitalının 92,18%-i Azərbaycan dövlətinə məxsusdur.

Read More

Azərbaycan kapital bazarının ümumi həcmi 40,254,686,646 manatdan 43,617,519,313 manata qalxaraq 3,362,832,667 manat və ya 8,36% artım qeyd etmişdir. GDP Bakı Fond Birjasının yayımladığı hesabata istinadla xəbər verir ki, bu artımın əsas səbəbi kimi REPO əməliyyatlarının və korporativ qiymətli kağızların əhəmiyyətli dərəcədə genişlənməsi göstərilə bilər. REPO əməliyyatlarının həcmi 34,278,943,390 manatdan 37,357,982,658 manata yüksələrək 3,079,039,268 manat (8,98%) artmış, bu da banklararası likvidlik idarəetməsinə artan tələb və maliyyə institutlarının qısamüddətli vəsait idarəetmə strategiyaları ilə əlaqədardır. Dövlət Qiymətli Kağızları bazarında sabitlik müşahidə olunmuş, həcm cüzi 0,23% artım (8,285,997 manat) göstərmişdir. Bu, dövlət borcuna marağın davam etdiyini, eyni zamanda bu bazarda artım tempinin digər bazar…

Read More

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 11 aprel 2025-ci il tarixindən 22 avqust 2025-ci il tarixinə qədər keçirilən depozit hərracları nəticəsində vahid xəzinə hesabından yerli banklara ümumi 6.600 milyard manat məbləğində vəsait yerləşdirilib. 22 avqust 2025-ci il tarixinə qədər müddəti başa çatan 9 hərrac nəticəsində yerləşdirilən vəsaitlər əsas məbləğ və hesablanmış faiz daxil olmaqla vahid xəzinə hesabına geri qaytarılıb. GDP-nin hesablamarına əsasın hərraclar nəticəsində vahid xəzinə hesabına ümumi 4.718.460.871 manat məbləğində vəsait geri qaytarılıb. Bu məbləğin 4.680.000.000 manatı əsas məbləğ, 38.460.871 manatı isə faiz gəlirlərindən ibarətdir. 11 aprel 2025-ci il tarixli hərracda 1.000.000.000 manat məbləğində vəsait 7,21% faiz dərəcəsi ilə 91…

Read More