- Qlobal bazarda neft tədarükü kəskin azalıb, aviasiya yanacağının qiyməti rekord həddə yüksəlib
- Dünya birjalarında son vəziyyət: enerji və metallar yüksəlişdə
- ABŞ-ın nəhəng şirkətlərindən Morgan Stanley və Oracle kütləvi ixtisarlara hazırlaşır
- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
Author: Aynure Gdp
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin ilk rübündəki valyuta hərraclarında yerli banklara satdığı valyutanın həcmini açıqlayıb. GDP xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Neft fond tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
ABŞ prezidenti Donald Trump Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellə şiddətli tənqidlər yönəltdi və onu faiz dərəcələrini endirmək istəməməkdə günahlandırdı. “Gözlənilir ki, Avropa Mərkəzi Bankı yeddinci dəfə faiz dərəcələrini endirəcək”, — Trump Truth Social-da yazdı. — “Amma Federal Ehtiyatın ‘Çox Gec’ Pauelləri həmişə gecikən və səhv edən, dünən yenə də — heç kimə təəccüblü deyil — tam uğursuzluq olan bir çıxış etdi”. “Neftin qiymətləri enir, ərzaq (hətta yumurta!) ucuzlaşır və ABŞ gömrük rüsumları hesabına daha da varlanır. ‘Çox Gec’ Pauel faiz dərəcələrini AMB kimi çoxdan endirməli idi, amma indi açıq-aydın onları endirməlidir. Pauellin səlahiyyətləri nə qədər tez bitəsə!” — Trump…
Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2025-ci ilin 1 aprel tarixinə 73 milyard 766.7 milyon ABŞ dolları olub ki, bu da indiyə qədər qeydə alınan rekord həcmdir. GDP xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Bununla da, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2 mlrd. 775.8 milyon dollar və ya 4 faiz artımdır. Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 milyard 031.4 milyon ABŞ dolları) nisbətən 4.5% artaraq 62 milyard 740.2 milyon ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə ilin əvvəlində 10 milyard 959.5 milyon dollar olduğu…
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 740,2 milyon ABŞ dolları təşkil etmişdir. GDP xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. 2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 249,2 milyon manat, büdcə xərcləri isə 3 643,3 milyon manat təşkil etmişdir. 2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 017,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon…
Mərkəzi Bank “PulPal” MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “PulPal” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.
Dünyanın əsas almaz ticarət mərkəzi, Antverpen ABŞ-ın tətbiq etdiyi yeni tariflərə görə ixracının 85% azaldığını açıqlayıb. GDP xəbər verir ki, azalma qlobal almaz bazarında ciddi narahatlıq yaradır. Yeni tariflərin təsiri xüsusilə ona görə əhəmiyyətlidir ki, Amerika Birləşmiş Ştatları dünya almaz istehlakının təxminən 50%-ni təşkil edir, lakin daxili almaz istehsalı demək olar ki, yoxdur. Bu vəziyyət ölkəni idxaldan tamamilə asılı edir. Mütəxəssislər bildirirlər ki, tariflər davam edərsə, qlobal zərgərlik sənayesi dərin böhranla üzləşə bilər. Almaz tacirləri artıq alternativ bazarlar axtarmağa başlayıblar, lakin ABŞ bazarını əvəz edə biləcək tələbat səviyyəsi hələ ki, dünyada mövcud deyil. Antverpen Almaz Ticarəti Palatasının sözçüsü vəziyyəti “son…
Almaniyada səkkiz bank, ölkənin müdafiə sahəsinə investisiya qoymaqdan etik səbəblərə görə imtina edib. GDP xəbər verir ki, bu barədə banklar tərəfindən imzalanan bir bəyanatda bildirilib. Bəyanatda qeyd olunur ki, silahlanmaya investisiya qoymaq vacib olsa da, bu, etik cəhətdən əsaslandırılmır. İmzalanan bəyanatın arasında GLS-Bank, KD-Bank, BiB Essen, Bank für Kirche und Caritas, DKM – Partner für Kirche und Caritas, Evangelische Bank, Steyler Ethik Bank və PAX Bank yer alır. Bu banklar, özlərini dini və etik dəyərlərə sadiq olaraq təqdim edirlər. Bu banklar, böyük alman maliyyə qurumları olmasa da, GLS-Bank və KD-Bank, son dövrlərdə Stiftung Warentest institutu tərəfindən Almaniyanın ən dayanıqlı bankları…
Bu gün ABŞ fond bazarından 1.5 trilyon dollar itirdi.
Business Insight-un “PeopleMetr” seriyasından “Rəqəmsal Vərdişlər” adlı tədqiqatı çərçivəsində 1320 respondent arasında aparılan sorğunun nəticələrinə əsasən, Azərbaycan ərazisində TV izləmə vərdişləri belə formalaşıb: GDP xəbər verir ki, ən çox tətbiq olunan üsul peyk antenalarından istifadədir. Bu üsulla TV izləyənlərin 68.8 faizi öz sevimli proqramlarını izləyir. Digər üsullar isə belə paylanır: 12.9 faiz KATV 1 (kabel televiziya operatoru) , 5.0 faiz CİTYNET , 4.7 faiz digər vasitələr (önəmli kabel televiziya operatorları, TV BOX, DTV kimi) , 4.3 faiz kanalın öz saytından , 3.8 faiz IP (AYPI) TV , 2.7 faiz NETFLIX , 2.0 faiz AliExpress TV , 1.8 faiz ATV+ ,…
Hazırda Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycan Respublikasında rəsmi səfərdədirlər. GDP xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə əsas vurğu, qida istehsalı sahəsində potensial birgə layihələrə yönəldilib. Xüsusilə «Milla Dairy» şirkəti ilə keçirilən iclasda Özbəkistanda süd məhsulları istehsalına yönəlmiş «Jizzax Organic» şirkəti ilə birgə layihənin həyata keçirilməsinin perspektivləri müzakirə olundu. Görüşdə qeyd edilib ki, layihə çərçivəsində «Milla Dairy» şirkəti hazırda Özbəkistan bazarını araşdırır və bu sektor üçün uyğun biznes modeli hazırlayır. Bu, iki ölkə arasında uzunmüddətli əməkdaşlığın qarşısını açan strateji addım kimi qiymətləndirilir. Bundan əlavə, səfət zamanı «R Group Holding» ventura investisiya şirkətinin direktoru Abdul Əliyevlə də görüş keçirilib.…
