Author: Aynure Gdp

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. GDP xəbər verir ki,bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% azalma deməkdir. GöstəricilərDəyərDəyişiklik (%)Ümumi sənaye istehsalı15,8 milyard manat-2,7Neft-qaz sektoru–3,6Qeyri-neft-qaz sektoru-+3,5 Sənaye məhsulunun sektoral payı: SektorlarPay (%)Dəyişiklik (%)Mədənçıxarma sənayesi62,4-Emal sənayesi30,3-Elektrik, qaz və buxar istehsalı6,4-Su təchizatı və tullantı emalı0,9- Mədənçıxarma sənayesində istehsal: Məhsul növüDəyişiklik (%)Əmtəəlik neft-5,5Əmtəəlik qaz+1,1 Emal sənayesində əsas dəyişikliklər: SahəDəyişiklik (%)Artım qeyd edənlərAğac emalı+100Əczaçılıq+43,3Elektronika+31,4Dəri məmulatları+23,7Maşınqayırma+20,9Azalma qeyd edənlərPoliqrafiya-55,1Geyim istehsalı-45,3Neft məhsulları-7,0Metallurgiya-8,0 Digər sahələr: SektorDəyişiklik (%)Elektrik enerjisi+1,2Su təchizatı+3,0 Qeyd: Cədvəllərdə göstərilən dəyərlər əvvəlki ilin eyni dövrü ilə müqayisədədir. Müsbət dəyərlər artımı, mənfi dəyərlər isə azalmanı göstərir. Statistik məlumatlar…

Read More

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 29 milyard 892,9 milyon manat təşkil edib. GDP xəbər verir ki,bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3% artım deməkdir. Sektor üzrə dəyişikliklər ÜDM-in struktur payları SahələrÜDM-də payı (%)Sənaye37,0Ticarət və nəqliyyat vasitələrinin təmiri10,3Nəqliyyat və anbar təsərrüfatı6,8Tikinti5,8Kənd təsərrüfatı, meşə və balıqçılıq3,1Turizm və ictimai iaşə2,9İnformasiya və rabitə1,8Digər sahələr21,6Məhsul və idxal vergiləri10,7 Əhalinin gəlir səviyyəsi Dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manat olub. Statistika göstərir ki, iqtisadiyyatın qeyri-neft sektorunda müsbət dinamika davam edir, neft-qaz sahəsində isə istehsalın azalması ÜDM-in ümumi artımını məhdudlaşdırıb.

Read More

Qızılın qiymətləri 10 aprel, cümə axşamı günü rekord səviyyəyə yüksəlib, unsiya başına 3176 dollar olub. Bu artım, dünya iqtisadiyyatı ilə bağlı davam edən narahatlıqların sərmayəçiləri təhlükəsiz aktivlərə yönəltməsi ilə əlaqələndirilir. Həmçinin, qızıl istehsalçıları olan bir çox şirkətin səhmləri də yeni “zirvələrə” çatıb. Comex birjasında aprel üçün qızıl futures müqavilələrinin qiyməti 98,70 dollar artıb, yəni 3,2% qalxaraq 3167 dollara çatıb. Bu, tarixdəki ən yüksək qiymət olmaqla yanaşı, 2020-ci ilin aprelindəki COVID-19 böhranından sonra ən böyük artım olub. Son üç sessiyada qızılın qiyməti 7% artıb ki, bu da mart 2020-dəki pandemiya dövründən bəri ən böyük üçgünlük artım olub. Hətta bir gün əvvəl…

Read More

İtalyan moda evi Prada Versace markasını Capri Holdings-dən 1,375 milyard dollar dəyərində almağa razılaşıb. Müqavilənin bu ilin ikinci yarısında bağlanacağı gözlənilir. Prada onu 1,5 milyard avro dəyərində yeni borc cəlb etməklə maliyyələşdirəcək. Michael Kors və Jimmy Choo brendlərinin də sahibi olan Capri 2018-ci ildə Versace-ni 1,8 milyard avroya alıb.

Read More

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Dubay şəhərində keçirilən “Gulf Radical Cup” yarışında iştirak edib. “Bakcell” brendi altında yarışda iştirak edən 27 yaşlı təmsilçimiz qatıldığı turnirin bütün mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb.Qeyd edək ki, avtomobil nömrəsi “Bakcell” brendinə uyğun olaraq 55 nömrə olan həmyerlimiz yarışın standartlarına müvafiq 1.5 motor həcmli, 232 at gücü qüvvəsinə malik maşınla çıxış edib.”Bakcell” haqqında”Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın…

Read More

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi (İQİ) 2024-cü ilin mart ayı ilə müqayisədə 5,9% artım olub. Sektoral artımlar: Aylıq və rüblük dəyişikliklər:Mart ayı əvvəlki aya (fevrala) nisbətən İQİ 0,6% artıb. Yanvar-mart dövründə isə inflyasiya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% olub. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə mart ayı ərzində qiymətlər 1,2%, ilin ilk rübündə isə 5,7% artıb.

Read More

Mərkəzi Bank nümayəndələri və İsveçrə Milli Bankı (İMB) arasında təcrübə mübadiləsi məqsədli səfər baş tutub. GDP xəbər verir ki, görüşlərdə müxtəlif pul siyasəti strategiyaları, təhlil və proqnozlaşdırma təcrübəsi müzakirə edilib. Səfər zamanı xüsusilə qlobal və yerli iqtisadi dəyişikliklər şəraitində tarazlı real faiz dərəcəsinin əhəmiyyəti və bunun maliyyə sabitliyinə təsiri məsələlərinə diqqət yetirilib. Həmçinin, İMB-nin təhlil-proqnozlaşdırma sistemi, model portfeli və statistik bazadan istifadə təcrübəsi öyrənilib. Tərəflər pul siyasəti qərarlarının icrası, faiz dərəcələrinin tənzimlənməsi, daimi imkan və açıq bazar əməliyyatları kimi mühüm istiqamətlərdə də fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, gələcəkdə də bu istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.

Read More

Donald Trump-ın tariflərə 90 günlük fasilə verilməsi barədə açıqlamasından sonra təxminən 4 trilyon dollar ABŞ-ın fond bazarına qayıdıb. GDP xəbər verir ki, NASDAQ 100 üçün bu, tarixdəki ən yaxşı günlərdən biridir — indeks bütün vaxtların yeddinci ən böyük artışına yaxınlaşır. ABŞ fond bazarları, Donald Trump-ın tariflərin tətbiqinə 90 günlük fasilə verilməsi barədə verdiyi açıqlamaya sərt artımla reaksiya verdi. S&P 500 indeksi 7%, Dow Jones 6%, NASDAQ isə 8% artıb. Trump-ın açıqlamasından sonra ABŞ fond bazarına 3,5 trilyon dollardan çox vəsait gəlib. Bitcoin qiyməti kəskin şəkildə 80 min dolların üzərinə qalxıb. Neftin qiymətləri də artıb: London ICE Futures birjasında Brent növü…

Read More