Author: Aynure Gdp

ABŞ-ın FTB(Federal Təhqiqatlar Bürosu) direktorunun müavini Patel, Ukraynanın “pul yuyulması və korrupsiya mərkəzi” olduğunu bəyan edib. O, bu açıqlamanı verərək, ABŞ Konqresinə Kiyevə göndərilən yüzlərlə milyard dolların hara xərcləndiyini araşdırmağı tapşırdığını bildirib. Patel, Ukraynaya göndərilən böyük maliyyə vəsaitlərinin necə və harada istifadə olunduğuna dair ciddi sualların olduğunu vurğulayıb. “Ukrayna son illərdə böyük miqdarda maliyyə yardımı alıb və bu məbləğlərin idarə edilməsi ilə bağlı narahatlıqlar var. Konqresə bu məsələyə ciddi yanaşmağı tapşırdım,” – deyə o qeyd edib. Bu açıqlama, Ukrayna üzrə beynəlxalq yardım və maliyyə təyinatlarının şəffaflığını təmin etmək məqsədilə daha geniş müzakirələrə səbəb olacaq. ABŞ-ın FTB rəhbərliyi, həmçinin dünya birliyindəki…

Read More

Respublikaçı konqresmen Con Uilson, ABŞ-da 250 dollar dəyərində yeni bir banknotun buraxılmasını təklif edib. GDP xəbər verir ki, t\klifə görə dolların mərkəzində Donald Trampın şəkli yer alır. Uilson, yeni banknotun inflyasiyanın artdığı bir dövrdə amerikalıların daha çox nağd pula ehtiyacı olduğunu vurğulayıb. O, xüsusilə son illərdə ABŞ iqtisadiyyatında müşahidə olunan yüksək inflyasiya səviyyəsinin, insanların gündəlik alış-verişlərində daha böyük məbləğlərlə qarşılaşmalarına səbəb olduğunu bildirib. “Bayden administrasiyasının inflyasiyaya qarşı mübarizədə yetərincə uğurlu ola bilmədiyini və amerikalıların daha çox nağd pula ehtiyacı olduğunu düşünürəm. Yeni 250 dollar dəyərində banknot, həm də ölkənin keçmiş prezidenti Donald Trampın xatirəsini yaşatmaq məqsədi daşıyacaq,” – deyə Uilson…

Read More

ABŞ prezidenti Donald Tramp ölkənin strateji kriptovalyuta ehtiyatının yaradılması haqqında fərman imzalayacağını açıqladıqdan sonra, Bitcoin-in qiyməti kəskin artıb. GDP xəbər verir ki, Kriptovalyuta ticarət həcminə görə ən böyük birja olan Binance platformasında Bitcoin-in qiyməti Bakı vaxtı ilə 20:23-ə olan məlumata əsasən, son 24 saat ərzində 7,62% artaraq 91 530 dollara çatıb. CoinMarketCap portalının məlumatına görə, 20-dən çox birjanın orta göstəricisinə əsasən, Bitcoin-in qiyməti 7,93% yüksələrək 91 724 dollara çatıb. Mövcud məlumatlara əsasən, Bitcoin-in qiymət artımı davam edir. Tramp Truth Social sosial şəbəkəsində dərc etdiyi açıqlamada yeni kripto ehtiyatına Cardano (ADA), Solana (SOL), Ripple (XRP) kimi kriptovalyutaların daxil olacağını bildirib. Daha sonra ABŞ prezidenti Bitcoin və Ethereum-un bu strateji ehtiyatın əsasını təşkil edəcəyini vurğulayıb.

Read More

ABŞ-dan olan investorların maliyyə dəstəyi ilə “Şimal axını 2” qaz kəmərinin yenidən işə salınması layihəsinin hazırlanması müzakirə edilir. GDP xəbər verir ki, bu barədə qaz kəmərinin keçmiş operatoru Mattias Varniq açıqlama verib. Onun sözlərinə görə, əgər layihə gerçəkləşərsə, ABŞ Rusiyadan ucuz qaz alaraq Avropaya baha qiymətə satmaq imkanına sahib olacaq. Bu isə ABŞ-a həm Rusiya, həm də Avropa qaz bazarında ciddi təsir rıçaqları qazandıracaq. Xatırladaq ki, “Şimal axını 2” qaz kəməri Rusiya qazını Baltik dənizi vasitəsilə Almaniyaya çatdırmaq üçün nəzərdə tutulmuşdu. Lakin Ukrayna müharibəsi və Qərbin sanksiyaları səbəbindən layihə dayandırılmışdı. İndi isə onun yenidən gündəmə gəlməsi Avropa enerji bazarında yeni siyasi və iqtisadi dəyişikliklərə səbəb ola bilər.

Read More

ABŞ fond bazarları ikinci həftə dalbadal gerilədi. Nvidia səhmlərinin 8.5% ucuzlaşması süni intellekt dalğasının momentumunu itirə biləcəyinə dair narahatlıqları gücləndirdi. Bununla yanaşı, Dow Jones indeksi 0.95% artaraq nisbətən daha güclü performans göstərdi. Eyni zamanda, Trampın martın 4-dək yeni tariflər tətbiq etməyi planlaşdırması barədə açıqlamaları bazarlara əlavə təzyiq yaratdı. FED-in üstünlük verdiyi inflyasiya göstəricisi – əsas PCE indeksi yanvarda 0.3% artdı. İllik inflyasiya 2.9%-dən 2.6%-ə enməsinə baxmayaraq, hələ də 2%-lik hədəfdən yuxarıdır. Şəxsi gəlirlər 0.9% yüksəldi, lakin xərclərin azalması istehlakçıların ehtiyatlı davrandığını göstərir. Conference Board-un İstehlakçı Etimadı İndeksi fevralda 98.3-ə düşərək avqust 2021-dən bəri ən böyük aylıq geriləməsini yaşadı. ABŞ iqtisadiyyatı 2024-cü…

Read More

Bakı şəhəri Azərbaycan üzrə cəlb olunmuş əmanətlərin məbləği baxımından liderdir, bu da şəhərin iqtisadi əhəmiyyətini və maliyyə mərkəzi kimi rolunu bir daha təsdiq edir. 12,977.8 milyon manatlıq əmanət, ölkənin maliyyə sektorunun mərkəzi olan Bakının bu sahədə ən çox cəlb olunan əmanətlərə sahib olduğunu göstərir. GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ikinci yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu 235.2 milyon manatla yerləşir. Bu, bölgənin inkişafının göstəricisidir və digər bölgələrə nisbətən daha yüksək əmanət cəlb etməsi, orada iqtisadi fəaliyyətin yüksək olduğunu göstərir. Üçüncü sırada Quba-Xaçmaz iqtisadi rayonu 138.7 milyon manatla gəlir. Bu da həmin regionun potensialını göstərir və burada daha çox iqtisadi fəaliyyətin olduğunu təsdiq edir. Lənkəran-Astara…

Read More

S&P agentliyi Fransanın kredit reytinqini azaldılma ehtimalını nəzərdən keçirir, çünki ölkə 2025-ci ilin birinci rübündə resessiya ilə üzləşə bilər.  GDP xəbər verir ki, Fransa iqtisadiyyatı 2024-cü ilin dördüncü rübündə ÜDM-nin 0,1% azalması, həyat dəyərinin 0,8% artması və özəl sektorda 68,000 iş yerinin ləğv edilməsi nəticəsində işsizlikdə 0,3% artım qeydə alınıb. Bu göstəricilər, ölkənin iqtisadi vəziyyətinin pisləşməsi və gələcəkdə kredit reytinqinin aşağı düşməsi riskini artırır. S&Pagentliyi Fransanın iqtisadi böhranla üzləşməsi və bu vəziyyətin daha da dərinləşməsi səbəbindən reytinqinin azaldılma ehtimalını qiymətləndirir.

Read More

Nvidia hər səhm üçün 0.01 ABŞ dolları dividend ödəyəcəyini elan edib. GDP xəbər verir ki, Bbu o deməkdir ki, 1 milyon ABŞ dolları dəyərində səhmlərə sahib olan investorlar təxminən 7,000 ABŞ dolları dividend gəliri əldə edəcək. 2024-cü ildə Nvidia-nın gəliri 126% artaraq 60.9 milyard ABŞ dollarına çatıb. Şirkət bu qazancdan 240 milyon ABŞ dollarını dividend ödənişlərinə ayırıb

Read More

TuranBank ASC-nin Müşahidə Şurasının geniş tərkibli növbəti iclası keçirilib. İclasa Müşahidə Şurasının sədri Rauf Kazımov rəhbərlik edib. GDP xəbər verir ki, görüşdə Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin sədri və digər üzvlər, həmçinin baş direktorlar iştirak ediblər. Toplantıda 2024-cü il üzrə Bankın illik fəaliyyətinə dair İdarə Heyətinin hesabatı dinlənilib, cari inkişaf strategiyasının icrası və əldə olunan nəticələr dəyərləndirilib. Müşahidə Şurasının sədri və üzvləri çıxış edərək, Bankın inkişafı üçün əhəmiyyətli addımların atıldığını vurğulayıb. Eyni zamanda, korporativ idarəetmə tələblərinə uyğun olaraq fəaliyyətin optimallaşdırılması və müasir standartlara cavab verməsi üçün əlavə tədbirlərin görülməsinin vacibliyini bildiriblər. İclasda iştirak edən digər üzvlər də Bankın strateji hədəfləri və gələcək inkişafı ilə bağlı fikirlərini bölüşüb, müvafiq məsələlərlə…

Read More