- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
Author: Aynure Gdp
Aprel ayında Citigroup bankı təsadüfən bir müştərinin hesabına 280 ABŞ dolları əvəzinə 81 trilyon ABŞ dolları köçürüb. GDP xəbər verir ki, səhv iki bank işçisinin diqqətsizliyi səbəbindən baş verib – biri ödənişi işləyib hazırlayır, digəri isə onu nəzərdən keçirirdi. Hər ikisi bu nəhəng səhvi görməzlikdən gəlib. Səhv yalnız bir saat yarım sonra üçüncü bir işçi tərəfindən aşkar edilib. Bu müddət ərzində müştəri yəqin ki, yeni qazandığı sərvətin sıfırlarını sayırdı. Bu hadisənin ən narahatedici tərəfi odur ki, banklarda pul sadəcə rəqəmlərdən ibarətdir — və yalnız bir düymə sıxmaqla bu rəqəmlər istənilən vaxt yaradıla və ya silinə bilər.
ABŞ mediasında yayımlanan və adı açıqlanmayan Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə, Prezident Donald Tramp, Zelenski ilə görüş başa çatdıqdan sonra Ukrayna nümayəndə heyətinin Ağ Evdən ayrılmasını tələb edib. GDO xəbər verir ki, CNN-ə açıqlama verən Ağ Ev rəsmisinin sözlərinə görə, Oval Ofisdə baş verən gərgin görüşdən sonra Tramp, vitse-prezident JD Vens, dövlət katibi Marko Rubio və digər məsləhətçiləri ilə görüş keçirib. Bu müzakirə zamanı Tramp Zelenskinin danışıqlar aparmağa hazır olmadığı qənaətinə gəlib və dövlət katibi Rubio ilə Milli Təhlükəsizlik müşaviri Mayk Voltsu başqa bir otaqda gözləyən Ukrayna nümayəndə heyətinə bu qərarı bildirmək üçün göndərib. Vens və Rubio, Zelenski və digər nümayəndə heyətinin…
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra TruthSocial sosial şəbəkəsində açıqlama verib. O, Zelenskinin Amerikanın iştirakı ilə sülhə hazır olmadığını bildirib. “Biz müəyyən etdik ki, prezident Zelenski Amerikanın iştirakı ilə sülhə hazır deyil, çünki o hiss edir ki, bizim iştirakımız ona danışıqlarda böyük üstünlük verir. Biz üstünlük istəmirik, biz sülh istəyirik. O, ABŞ-yə Ağ Evdə hörmətsizlik etdi. O, sülhə hazır olanda geri dönə bilər”, – Tramp qeyd edib. Ukrayna prezidenti hələlik Trampla görüşünə və onun son iddiasına rəsmi reaksiya verməyib.
2025-ci ilin yanvar ayı ilə 2024-cü ilin yanvar ayı arasında xarici valyutalarla alış və satış əməliyyatlarında bir sıra dəyişikliklər baş verib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dolları ilə alış əməliyyatlarında 2024-cü ilin yanvarında 119468,7 min ABŞ dolları alınmışdı, 2025-ci ilin yanvarında isə bu rəqəm 116106,1 min ABŞ dollarına enib. Bu, 3362,6 min ABŞ dolları və ya 2,8% azalma deməkdir. AVRO ilə alış əməliyyatlarında isə 2024-cü ilin yanvarında 8736,1 min avro alınmışdır, 2025-ci ilin yanvarında isə bu rəqəm 9782,3 min avroya yüksəlib. Azalma yox, əksinə 1046,2 min avro artım baş vermiş və faiz dəyişiklik 12% olub. İngilis funt…
“AFB Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Xubanlı vəzifəsindən ayrılıb. GDP xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyətinin sədrinin vəzifələrini Lalə Quliyeva icra edəcək. O, hazırda bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Moody’s beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycan banklarının problemli kreditlərinin həcmi tarixi minimum səviyyəyə enib. GDP xəbər verir ki, 2019-cu ildə ümumi kredit portfelinin təxminən 6%-ni təşkil edən problemli kreditlərin payı 2023-cü ildə 2%-ə qədər azalıb. Eyni zamanda, ikinci dərəcəli kreditlərin ümumi kreditlərdə payı da əhəmiyyətli dərəcədə azalıb – 2019-cu ildə 15%-ə yaxın olduğu halda, 2023-cü ildə bu göstərici 3%-dən aşağı düşüb. Agentliyin məlumatına görə, Azərbaycan bankları üçün iqtisadi və əməliyyat şəraiti əlverişli qalır. 2025-ci ildə real ÜDM artımının 2,5% olacağı proqnozlaşdırılır ki, bu da 2024-cü ildə gözlənilən 4,1% və 2023-cü ildə qeydə alınan 1,1%-lik artımla müqayisədə normallaşmanı əks etdirir.…
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üçün iqtisadi və əməliyyat şəraitinin əlverişli qalacağını proqnozlaşdırır. Agentliyin qiymətləndirməsinə görə, 2025-ci ildə ölkənin real ÜDM artımı 2,5% təşkil edəcək. Bu göstərici 2024-cü ildə gözlənilən 4,1% və 2023-cü ildə qeydə alınan 1,1%-lik artımla müqayisədə normallaşmanı əks etdirir. İqtisadi artımın əsas sürətləndirici qüvvəsi Azərbaycanın ÜDM-nin təxminən 60%-ni təşkil edən qeyri-neft sektorunun güclü inkişafı olacaq. Moody’s-in hesabatında vurğulanır ki, yüksək hökumət xərcləri iqtisadi diversifikasiyanı təşviq edəcək və bankların əsas fəaliyyət sahəsi olan qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək. Bu isə öz növbəsində kredit artımını, aktivlərin keyfiyyətini və bank sektorunun gəlirliliyini dəstəkləyəcək. Bundan əlavə, iqtisadi artımın…
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün “Ödəniş xidmətlərinin tənzimlənməsi çərçivəsi” mövzusunda xüsusi təlim təşkil edilib. GDP xəbər verrir ki,tədbirdə iştirakçılara ödəniş xidmətləri sahəsindəki ən son tendensiyalar, hüquqi tənzimləmə mexanizmləri və nəzarət sistemləri barədə ətraflı məlumat verilib. Xüsusi diqqət elektron ödəniş sistemləri, ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyət prinsiplərinə yönəldilmişdir. Mərkəzi Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev çıxışında ödəniş sistemində mövcud olan müxtəlif iştirakçılar arasındakı fərqləri izah edib. O, xarici ödəniş xidməti təchizatçılarına tətbiq olunan tələblərdən və fintek şirkətlərinin ölkənin maliyyə sisteminə təsirindən də bəhs edib. “Fintek şirkətlərinin bazara daxil olması ilə ödəniş xidmətləri…
“Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubu üzvləri üçün təltifetmə tədbiri təşkil olunub. 27 fevralda Norm Sement zavodunda baş tutan tədbirdə Norm və TKTA rəhbərliyi də iştirak edib. Norm Sement zavodunun CEO-su Henning Sasse tədbir iştirakçılarını salamlayaraq, layihənin bütün mərhələlərinin uğurla təşkil olunduğunu qeyd edib və bu imkanın yaradılmasına görə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xüsusi təşəkkürünü ifadə edib. O, həmçinin şirkətin Norm Ustalar Klubu üzvlərinin peşəkar inkişafını daim dəstəklədiyini və bu kimi layihələrin sosial məsuliyyət strategiyasına daxil edildiyini bildirib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Tural Əhmədov da tədbirdə çıxış edərək, layihənin peşəkar inşaat…
OPEC+ aprel ayında neft istehsalını artırmaq planını həyata keçirmək və ya dayandırmaq məsələsini müzakirə edir, çünki üzv ölkələr ABŞ-ın Venesuela, İran və Rusiya üzərindəki yeni sanksiyalarını nəzərə alaraq qlobal təchizat mənzərəsini başa düşməkdə çətinlik çəkirlər, deyə OPEC+ -dakı mənbə bildirib.GDp xəbər verir ki, OPEC+ adətən təchizat siyasətini bir ay əvvəldən təsdiq edir ki, alıcılara veriləcək neftin həcmini etmək üçün vaxt qalsın. Buna görə də, qrupun aprel ayı istehsalatını martın 5-7 arasında yekunlaşdırması lazımdır, lakin bu vaxta qədər heç bir razılıq əldə olunmayıb.OPEC+ daxilində, istehsal qabiliyyətini artırmaq istəyən Birləşmiş Əmirliklər (BƏƏ) artımı həyata keçirmək istədiyi kimi, Rusiya da buna tərəfdardır. Digər…
