Author: Aynure Gdp

2025-ci ilin yanvar ayının göstəriciləri 2024-cü ilin yanvar ayı ilə müqayisə edildikdə, bir sıra əsas iqtisadi göstəricilərdə dəyişikliklər müşahidə olunur. GDP Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir ki,xalis xarici aktivlər 24 559,4 milyon manatdan 28 317,7 milyon manata yüksələrək 3 758,3 milyon manat artmış və bu, 15,3%-lik bir yüksəliş təşkil etmişdir. Bu artım, ölkənin xarici aktivlərinin gücləndiyini və beynəlxalq rezervlərinin artdığını göstərir. Bunun əksinə olaraq, Xalis Daxili Aktivlər 20 339,2 milyon manatdan 17 246,6 milyon manata enərək 3 092,6 milyon manat azalmış və bu, 15,2%-lik bir geriləmə olmuşdur. Bu göstəricinin azalması, ölkədaxili kreditləşmədə və ya likvidlikdə müəyyən bir azalma ola biləcəyini göstərir. İqtisadiyyata tələblər göstəricisi isə 23 979,4 milyon manatdan…

Read More

ABŞ-ın çip istehsalçısı Nvidia, Avropa İttifaqının (Aİ) rəqabət tənzimləyicilərinə qarşı məhkəməyə müraciət edib. Şirkət, AI startup-ı Run:ai-nin 700 milyon dollarlıq satın alınması ilə bağlı Aİ-nin apardığı araşdırmanın ədalətsiz olduğunu iddia edir. Nvidia bildirir ki, Aİ-nin Maddə 22 adlı xüsusi qaydadan istifadə edərək bu satınalmaya müdaxilə etməsi qanunsuzdur. Şirkətə görə, bu addım Aİ məhkəməsinin 2024-cü ilin sentyabrında qəbul etdiyi qərara ziddir. Həmin məhkəmə qərarına əsasən, Aİ yalnız milli tənzimləyici qurumların hüquqi səlahiyyəti olduğu hallarda kiçik miqyaslı sövdələşmələri araşdıra bilər. Bu işin başlanğıcı İtaliyanın Nvidia-nın satınalma müqaviləsini Aİ-yə təqdim etməsi ilə qoyulub. Aİ isə bu müraciət əsasında araşdırmaya başlayıb. Lakin Nvidia bu qərarın qanunsuz olduğunu iddia edərək məhkəməyə müraciət edib. Məsələ ilə bağlı…

Read More

Son məlumatlara görə, Tesla Inc.-in Avropadakı satışları əhəmiyyətli dərəcədə azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının verdiyi məlumata əsasən, şirkətin yanvar ayında Avropada satdığı avtomobil sayı 45% azalaraq, 18,161-dən 9,945-ə düşüb. Bu, Tesla üçün böyük bir geriləmə sayılır, xüsusilə nəzərə alsaq ki, bölgədə elektrik avtomobillərinin ümumi satışları isə 37% artıb. Bu satış azalmasının Tesla üçün mənfi təsiri olsa da, digər avtomobil istehsalçıları üçün fürsət yaratmış görünür. Xüsusilə Almaniya və Böyük Britaniya kimi ölkələrdə elektrikli avtomobillər bazarında kəskin artım müşahidə edilmişdir. Bu, Tesla’nın bazar payını itirməsi ilə nəticələnib və rəqiblərin bazar payını ələ keçirməsi mümkün olub. Tesla’nın Avropa bazarında bu geriləməsinin səbəbləri araşdırılmaqdadır,…

Read More

Azərbaycan bank sektorunun icmal balansına əsasən, 2025-ci ilin yanvar ayında bəzi əsas göstəricilərdə artım və azalmalar müşahidə olunub.  GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə cəmi aktivlərdə cüzi artım qeydə alınsa da, bəzi göstəricilərdə əhəmiyyətli dəyişikliklər baş verib. Cəmi aktivlər 2024-cü ilin dekabrında 53,001.4 milyon manat olduğu halda, 2025-ci ilin yanvarında bu rəqəm 53,090.7 milyon manata yüksəlib. Bu, 89,3 milyon manat və ya 0,2% artım deməkdir. Nağd vəsaitlərdə də artım müşahidə olunub. Dekabrda 2,019.4 milyon manat olan göstərici yanvar ayında 2,029.5 milyon manata yüksəlib ki, bu da 10,1 milyon manat və ya 0,5% artım deməkdir. Buna qarşılıq olaraq, Mərkəzi Bankda müxbir hesablarda əhəmiyyətli azalma qeydə alınıb. Dekabr ayında 6,211.7 milyon manat olan bu göstərici yanvar ayında 5,535.5 milyon manata düşüb. 676,2…

Read More

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, 2025-ci ilin yanvar ayının pul bazası 22441,5 milyon manat təşkil edib. GDP xəbər verir ki, bu göstərici 2024-cü ilin yanvar ayı ilə müqayisədə 1839,6 milyon manat azalıb (22781,1 milyon manatdan 22441,5 milyon manata düşüb).Bu, 8,1% azalma deməkdir. Dövriyyədə olan nağd pul 2025-ci ilin yanvarında 16900,7 milyon manat olub. 2024-cü ilin yanvarında isə bu göstərici 16986,6 milyon manat idi. Azalma: 85,9 milyon manat və ya 0,5%. Müxbir hesablar 2025-ci ilin yanvarında 5538,8 milyon manat olub. 2024-cü ilin yanvarında 5793,2 milyon manat olan bu göstərici 254,4 milyon manat və ya 4,4% azalıb. Məcburi ehtiyatlar 2025-ci ilin yanvarında 4834,8 milyon manat olub. 2024-cü ilin yanvarında isə 4952,0 milyon manat idi . İllik müqaisədə bu göstərici 117,2 milyon manat və ya 2,4%. azalıb. Dövriyyədə olan nağd pulun pul bazasına nisbəti 2025-ci…

Read More

Ölkədə əkinə yararlı ərazilərin 1 milyon 800 min hektar civarında olmasını nəzərə alaraq biz artıq hər il 459 min hektar ərazi sığortalayırıq. GDP xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlama verib. O bildirib ki, hər il sığortalanan ərazilərin artımını görürük.Bununla yanaşı sığorta müqavilə saylarında artım dinamikası müşahidə edirik.

Read More

Azərbaycanda əkinə yararlı ərazilərin 95%-dən çoxunda sığorta əlçatanlığı təmin olunub. GDP xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlama verib. O bildirib ki, aqrar sığorta sisteminin inkişafı məqsədilə 14-ə yaxın normativ hüquqi sənəd qəbul edilib. Bununla yanaşı, sığorta fəaliyyətinin daha effektiv həyata keçirilməsi üçün vahid informasiya sistemi yaradılıb. Fuad Sadıqov qeyd edib ki, sığortalanan risklərin əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdən biridir. Hazırda hər il 450 min hektar ərazi sığortalanır. Aqrar Sığorta Fondunun nizamnamə kapitalı kapitalı da 9 milyon manat ntəşkil edir. Fondun aktivləri 30 milyon manata qədər artırılıb ki, bu da sektorun inkişafına böyük töhfə verəcək. Qeyd edək ki, aqrar sığorta ölkədə kənd təsərrüfatı sektorunun dayanıqlığını…

Read More

Mərkəzi Bank beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsini çərçivəsində Mərkəzi Bank Berlin Qrup üzrə Açıq Maliyyə işçi qrupuna səsvermə hüququ olmayan müşahidəçi qismində üzv qəbul olunub. Bu üzvlük innovasiyaların təşviqi və tənzimləmə çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək. Həmçinin Mərkəzi Bank üzvlük çərçivəsində açıq bankçılıq və açıq maliyyə sahəsində aparıcı təşkilatlarla və tənzimləyicilərlə əməkdaşlıq edərək ən yaxşı beynəlxalq təcrübələrdən yararlanmaq imkanı əldə edəcək. Bununla yanaşı, üzvlük Mərkəzi Banka ölkədə inklüziv maliyyə ekosisteminin formalaşdırılması və maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində mühüm təşəbbüslər həyata keçirməyə imkan verəcək. Qeyd edək ki, Berlin Qrup maliyyə sektorunda standartların və innovativ həllərin inkişafına yönəlmiş nüfuzlu beynəlxalq…

Read More

Vətəndaşlar pensiya yaşına çatmazdan əvvəl, öz pensiya kapitallarının bir hissəsindən istifadə edə biləcəklər. Bununla bağlı Milli Məclisin komitə iclasında müzakirələr aparılır. Millət vəkili Vüqar Bayramov deyir ki, mövcud qaydalara görə, vətəndaşlar pensiya kapitalından yalnız pensiya yaşına çatan zaman istifadə edə bilirlər. Ancaq təklif olunur ki, pensiya kapitalının bir hissəsini vətəndaşlar səhiyə, təhsil və digər zəruri xərclərinə yönəldə bilsinlər. Bu imkanları özündə ehtiva edən təklif layihəsi milli məclisdə hazırda müzakirə edilir. Millət vəkilinin sözlərinə görə, bu mexanizm pensiya kapitalından səmərəli şəkildə istifadəyə gətirib çıxaracaq. Vətəndaşların pensiya kapitalına və yığımlara marağını artıracaq. Rəsmi iş yerləri və əməkhaqları da real göstəriləcək. Vüqar Bayramov…

Read More