2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat olub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, gəlirlərin 63,7 faizi otaqların təqdim olunmasından, 25,9 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,8 faizi isə digər xidmətlərdən əldə edilib.
Hesabat dövründə hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 23 faiz təşkil edib. Bu göstərici 2025-ci ilin yanvar–sentyabr aylarında 25 faiz olub.
Ən yüksək istifadə səviyyəsi 46,2 faizlə Naftalanda qeydə alınıb. Neftçalada göstərici 42,8 faiz, Şabranda 40,7 faiz, Bakıda 33,2 faiz, Sabirabadda 29,6 faiz, Laçında 28,6 faiz, Qusarda isə 27,8 faiz təşkil edib.

