2026-cı ilin iyul ayında Azərbaycanın bank sektorunun cəmi aktivlərində ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb.
GDP Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların cəmi aktivləri 55 milyard 700,1 milyon manatdan 60 milyard 979,9 milyon manata yüksələrək 5 milyard 279,8 milyon manat və ya 9,5% artıb.

