“Bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb”
Bunu bu gün “PAŞA Bank” ın təşkilatçılığı ilə baş tutan “Azərbaycan bazarında sindikat kreditləşməsi” mövzusuna dair konfransda bankın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib.
O bildirib: “Bu gün Azərbaycanda çox sayda irimiqyaslı layihələrin keçirilməsini nəzərə alaraq, bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb. Bugünkü tədbirin məqsədi bu mövzuya diqqət çəkməklə real sektorun biznesləri, potensial investorları və maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirib, bu sahədə əməkdaşlığın qurulması istiqamətində açılan perspektivləri tanıtmaqdır.”