Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatı ABB Invest-in payına düşüb
GDP xəbər verir ki,bu barədə Bakı Fond Birjasının təqdim etdiyi 2026-cı ilin 2-ci rübünə dair bülletendə məlumat verilib.
Məlumata görə 2026-cı ilin yanvar-iyun aylarında Bakı Fond Birjasının üzvləri arasında təkrar bazarda əməliyyatların sayına görə ABB Invest ilk yeri tutub.
BFB-nin bülleteninə görə, şirkət 8 560 əməliyyatla reytinqə başçılıq edib.
İkinci yerdə 5 059 əməliyyatla Troni, üçüncü yerdə isə 1 227 əməliyyatla PAŞA Capital qərarlaşıb.

