Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) ilə Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsi arasında protokol imzalanıb.
AZSTANDART-ın GDP-yə verdiyi məlumata görə, sənəd Azərbaycanın milli standartlarının Belarusda tətbiqini nəzərdə tutur. Bu imkanların həyata keçirilməsi Belarus Dövlət Standartlaşdırma İnstitutuna həvalə olunub.
Sözügedən saziş ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə, mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir.


