Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dollar həddinin altına enib.
GDP Media xəbər verir ki, son sutka ərzində kriptovalyutanın qiyməti 3%-dən çox azalaraq 68 500 dollar səviyyəsinə qədər geriləyib.
Bazar iştirakçıları enişi əsasən mənfəət realizasiyası və riskli aktivlərə marağın zəifləməsi ilə əlaqələndirirlər. Analitiklər bildirirlər ki, hazırkı hərəkət daha çox texniki xarakter daşıyır və kəskin enişə səbəb olacaq konkret fundamental faktor müşahidə olunmur.
Qeyd edilir ki, son həftələr tarixi maksimumlara yaxın səviyyələrdə konsolidasiya edən bazar hazırda fasilə mərhələsinə keçib. 69 min dollar səviyyəsi psixoloji dəstək rolunu oynayırdı və bu həddin aşağı istiqamətdə qırılması daha aşağı likvidlik zonalarının test edilməsinə şərait yarada bilər.
Ekspertlərin fikrincə, 68 min dollar səviyyəsi hazırda əsas dəstək olaraq qalır. Bu həddin də qırılması qiymətin 65-66 min dollar aralığına qədər geriləməsi riskini artıra bilər. Eyni zamanda, 70 min dollar səviyyəsindən yuxarı bərpa isə bazarda yenidən yüksəliş meyllərini gücləndirə bilər.

