Coinbase “Apple” və “NVIDIA” şirkətlərinin səhmləri ilə 1:1 nisbətində təmin olunan tokenləşdirilmiş aktivləri Base şəbəkəsində B20 standartı əsasında istifadəyə verib.
GDP xəbər verir ki, hər bir token real səhm ilə təmin olunur və baza aktivləri Alpaca vasitəsilə tənzimlənən kastodianda saxlanılır. Token sahiblərinin baza aktivinə birbaşa tələb hüququnun olduğu bildirilir.
Tokenləşdirilmiş səhmləri şəxsi kriptovalyuta cüzdanında saxlamaq, 24/7 ticarət etmək, müxtəlif tətbiqlər arasında köçürmək və DeFi ekosistemində istifadə etmək mümkündür. Aktivlər üzrə likvidlik artıq “Aerodrome”da mövcuddur, gələcəkdə onların “Aave”də girov kimi istifadəsi də planlaşdırılır.
B20 ERC-20 standartını genişləndirdiyindən tokenlər mövcud blokçeyn infrastrukturu ilə uyğunluq təşkil edir. Dividendlər və səhmlərin bölünməsi kimi korporativ hadisələr isə onçeyn multiplikator vasitəsilə nəzərə alınır.
Tokenləşdirilmiş səhmlərə çıxış məhduddur. Onlardan yalnız ABŞ-dan kənarda, xidmətin icazə verildiyi yurisdiksiyalardakı istifadəçilər yararlana bilərlər. Platformalar istifadəçilərdən KYC prosedurundan keçməyi də tələb edə bilər.

