”Rəqəmsal dövlət xidmətlərində daha dərin və generativ süni intellekt həllərinin tətbiqi əsas strateji hədəflərimizdəndir”.
GDP xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri Fərid Osmanov “Media üçün rəqəmsal səriştələr” sessiyasında çıxışı zamanı məlumat verib.
Agentlik rəhbəri qeyd edib ki, gündəlik iş proseslərinin optimallaşdırılması və vaxta qənaət olunması üçün artıq süni intellekt alətlərindən istifadə edilir. Növbəti mərhələdə isə dövlət xidmətlərinin göstərilməsində bu texnologiyaların imkanları daha geniş şəkildə tətbiq olunacaq.

