2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3 milyon 239,3 min olub.
GDP xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, gecələmələrin 55,9 faizi Bakıda, 5,2 faizi Qusarda, 5,1 faizi Naftalanda, 4,7 faizi Xaçmazda, 3,9 faizi Qəbələdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 4,7 faiz azalaraq 1 milyon 845,6 min təşkil edib. Bu, ümumi gecələmələrin 57 faizinə bərabərdir. Azərbaycan vətəndaşlarının payına isə 1 milyon 393,7 min gecələmə düşüb.
Xarici vətəndaşların gecələmələrində Türkiyə 12,1 faizlə ilk yerdə qərarlaşıb. Sonrakı yerləri Rusiya 11,3 faiz, İsrail isə 9,2 faizlə tutub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin 81,4 faizi Bakıdakı hotellərdə qeydə alınıb.

