Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə İllik Toplantılarında iştirakı başa çatıb.
GDP xəbər verir ki, Tailandın Banqkok şəhərində keçirilən toplantılar çərçivəsində nümayəndə heyəti Azərbaycanın da təmsil olunduğu Seçki Qrupunun iclasında çıxış edib, mərkəzi bank rəhbərlərinin görüşünə və Tailand Krallığının Baş nazirinin qəbuluna qatılıb.
Dörd günlük səfər zamanı DB və BVF-nin rəhbər şəxsləri, mərkəzi bankların və maliyyə sektorunu tənzimləyən qurumların rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib. Həmçinin qiymətli kağızlar bazarı üzrə qlobal standartları müəyyən edən təşkilatların və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə müzakirələr aparılıb.
Görüşlərdə maliyyə sektorunun aktual məsələləri, qlobal iqtisadi və maliyyə prosesləri, qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Toplantılar və ikitərəfli görüşlər Mərkəzi Bankın xarici tərəfdaşlarla əməkdaşlıq gündəliyinin və maliyyə sektorunun inkişaf istiqamətlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli olub.

