Close Menu
    What's Hot

    Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif

    31 Avqust 2026

    Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manat depozit yerləşdirib

    31 Avqust 2026

    Dünyada milyarderlərin sayı rekord həddə – 3 795 nəfərə çatıb

    31 Avqust 2026
    Trending
    • Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif
    • Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manat depozit yerləşdirib
    • Dünyada milyarderlərin sayı rekord həddə – 3 795 nəfərə çatıb
    • Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 44%-ə yaxın azalıb
    • Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb
    • Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
    • BOKT-ların kredit qoyuluşları 17% artıb
    • Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Özbəkistan Mərkəzi Bankı sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif

      31 Avqust 2026
      Recent

      Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif

      31 Avqust 2026

      Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manat depozit yerləşdirib

      31 Avqust 2026

      Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb

      29 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026

      Mis qiymətləri rekord həddə çatıb və yüksəlməkdə davam edir

      26 Avqust 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026

      ABŞ Maliyyə Nazirliyi istiqrazların geri alınmasına 1 trilyon dollara yaxın vəsait yönəldə bilər

      24 Avqust 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026

      Mis qiymətləri rekord həddə çatıb və yüksəlməkdə davam edir

      26 Avqust 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

      28 Avqust 2026
      Recent

      Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

      28 Avqust 2026

      Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

      25 Avqust 2026

      “AzInTelecom” 77 614 kopyalanmış IMEI kodu bloklayıb

      25 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manat depozit yerləşdirib
    Bank

    Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manat depozit yerləşdirib

    31 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanın Maliyyə Nazirliyi cari ilin avqust ayında xəzinə hesabının 146 milyon manat məbləğində qalığını ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirib.

    GDP  xəbər verir ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə avqust ayında 6 depozit hərracı keçirilib.

    Avqustun 6-da keçirilən iki depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manat məbləğində qalığı 2 kommersiya bankında 28 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə, 25 milyon manat isə 1 kommersiya bankında 84 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

    Avqustun 13-də keçirilən hərracın nəticələrinə əsasən, xəzinə hesabının 21 milyon manat məbləğində qalığı 2 kommersiya bankında 28 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

    Avqustun 20-də keçirilən hərracda isə 1 kommersiya bankı iştirak edib. Nəticədə 35 milyon manat 84 gün müddətinə 6,53% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

    Avqustun 27-də daha iki depozit hərracı keçirilib. Hərracların birinin nəticəsinə əsasən, xəzinə hesabının 19 milyon manat məbləğində qalığı 2 kommersiya bankında 28 gün müddətinə 6,52% orta çəkili faiz dərəcəsi ilə, digərində isə 30 milyon manat 1 kommersiya bankında 84 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

    Beləliklə, avqust ayında yerləşdirilən 146 milyon manatın 56 milyon manatı 28 gün, 90 milyon manatı isə 84 gün müddətinə kommersiya banklarına yerləşdirilib.

    Maliyyə Nazirliyi bildirib ki, bu kimi alətlər vasitəsilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.
    İstiqraz hərracından əvvəl 146 milyon manatlıq depozit

    Maliyyə Nazirliyinin avqust ayında banklara depozit yerləşdirməsi sentyabrın 1-də dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçiriləcək hərracdan əvvəl baş verir.

    Sentyabrın 1-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 200 milyon manatlıq kuponlu, ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Sifarişlər saat 10:00-dan 11:00-dək qəbul ediləcək.

    İstiqrazların tədavül müddəti 3 il və ya 1080 gündür. İllik kupon dərəcəsi 7% müəyyən edilib. Faiz ödənişləri ildə iki dəfə – mart və sentyabr aylarında həyata keçiriləcək. Əsas məbləğ isə 1 sentyabr 2029-cu ildə ödəniləcək.

    Sonuncu dəfə Maliyyə Nazirliyi dövlət istiqrazlarını 2025-ci ilin dekabrında bazara çıxarıb. Dekabrın 18-də keçirilmiş həmin hərracda 50 milyon manatlıq, 720 günlük və illik 6,5%-lik istiqrazlar təklif olunmuşdu.

    Beləliklə, sentyabrın 1-də təklif ediləcək istiqrazların emissiya həcmi dekabr hərracındakı 50 milyon manatdan 200 milyon manatadək artırılır.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif

    31 Avqust 2026

    Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb

    29 Avqust 2026

    BOKT-ların kredit qoyuluşları 17% artıb

    28 Avqust 2026

    Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Özbəkistan Mərkəzi Bankı sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb

    28 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.