Mis qiymətləri əvvəlki ticarət sessiyasının yekununda rekord səviyyələrə çatdıqdan sonra artımını davam etdirir.
London Metal Birjasında (LME) üçaylıq mis fyuçerslərinin kotirovkaları çərşənbə axşamı 0,5% artaraq bir ton üçün 14 349,5 dollara yüksəlib. GDP xəbər verir ki,çərşənbə günü isə qiymətlər daha 0,5% artaraq bir ton üçün 14 415,5 dollara çatıb.
Comex birjasında sentyabr ayı üzrə mis fyuçersləri bir funt üçün 6,73 dollar səviyyəsində ticarət olunur ki, bu da avqustun 25-də ticarətin bağlanış səviyyəsindən 0,3% yüksəkdir.

