Close Menu
    What's Hot

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək

    07 May 2026

    Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

    07 May 2026

    Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

    06 May 2026
    Trending
    • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
    • Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
    • Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
    • Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
    • Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
    • Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
    • Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
    • Mərkəzi Bank faiz qərarını açıqladı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

      06 May 2026
      Recent

      Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

      06 May 2026

      Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”

      06 May 2026

      Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”

      06 May 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      “Azərpoçt”un rəhbəri vəzifəsindən ayrılan İsi Mustafayev yeni vəzifəyə təyin olunub

      20 Aprel 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026

      S&P 500 şirkətləri 2025-ci ildə 400 min iş yerini ixtisar edib

      27 Aprel 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Belarus kriptobanklara yaşıl işıq yandırdı: 26 sikkə, 11 əməliyyat

      24 Aprel 2026

      İran danışıqlardan imtina etdi, bitkoin 74.000 ABŞ dollarını sınaqdan keçirib

      20 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

      06 May 2026
      Recent

      Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

      06 May 2026

      2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb

      06 May 2026

      Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib

      06 May 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb
    İqtisadiyyat

    OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

    27 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb.

    Bu barədə fondun məlumatında bildirilir.

    Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropa ölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyə paketi çərçivəsində qəbul olunub.

    Dövlət sektoru üzrə Azərbaycana Sumqayıtda günə 100 min kubmetr gücündə çirkab sularının təmizlənməsi qurğusunun tikintisi layihəsinin həyata keçirilməsi üçün 90,4 milyon ABŞ dolları məbləğində kredit veriləcək. Gözlənilir ki, layihə ən azı 427 min nəfər üçün sanitariya şəraitinin yaxşılaşdırılmasına, Xəzər dənizinin çirklənməsinin azaldılmasına və təmizlənmiş suyun kənd təsərrüfatında təkrar istifadəsinə imkan yaradacaq.

    Özəl sektor üzrə isə Azərbaycan əlavə olaraq 20 milyon ABŞ dolları alacaq. Bu vəsait fond üçün ilk dəfə tətbiq edilən milli valyutada sintetik kredit mexanizmi çərçivəsində təqdim olunacaq və sistem əhəmiyyətli maliyyə institutunun dəstəklənməsinə, həmçinin mikro, kiçik və orta biznesin kreditləşdirilməsinin genişləndirilməsinə yönəldiləcək.

    Ümumilikdə 890 milyon ABŞ dolları həcmində maliyyə paketi infrastrukturun və nəqliyyat əlaqəliliyinin gücləndirilməsinə, ərzaq təhlükəsizliyinin və iqlim dəyişikliklərinə dayanıqlığın artırılmasına, eləcə də iqlim layihələrinə investisiyaların genişləndirilməsinə yönəlib. Müxtəlif regionlarda mikro, kiçik və orta biznesin maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

    Qeyd edək ki, OPEK-in Beynəlxalq İnkişaf Fondu mandatına əsasən üzv ölkələrdən maliyyəni yalnız OPEK-ə üzv olmayan ölkələrin xeyrinə yönəldən yeganə qlobal institutdur. Təşkilat inkişaf etməkdə olan ölkələr və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımın və sosial tərəqqinin təşviqinə xidmət edir. Bu günədək fond 125-dən çox ölkədə inkişaf layihələrinə 32 milyard ABŞ dollarından artıq vəsait ayırıb, həyata keçirilən layihələrin ümumi dəyəri isə 240 milyard ABŞ dollarını ötüb.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

    06 May 2026

    2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb

    06 May 2026

    Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib

    06 May 2026

    “Azərbaycanda oyun sənayesinin gəlirlərinin 200 milyon dollardan çox olması proqnozlaşdırılır” – Video

    06 May 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.