PAŞA Capital anderraytinq xidmətlərinin sayına görə BFB üzvləri arasında lider olub.
GDP xəbər verir ki,bu barədə Bakı Fond Birjasının təqdim etdiyi 2026-cı ilin 2-ci rübünə dair bülletendə məlumat verilib.
Məlumata görə 2026-cı ilin yanvar-iyun aylarında emitentlərə göstərilən anderraytinq xidmətlərinin sayına görə PAŞA Capital Bakı Fond Birjasının üzvləri arasında ilk yerdə qərarlaşıb.
Şirkət hesabat dövründə 4 anderraytinq xidməti göstərib.
InvestAZ və Unicapital hər biri 3 xidmətlə növbəti mövqedə, CPM Invest, Troni və ABB Invest isə hər biri 2 xidmətlə sonrakı yerlərdə qərarlaşıb
