Rusiyanın Umumi daxili Məhsulunun (ÜDM) strukturunda faydalı qazıntıların çıxarılması mühüm rol oynasa da, onun payı ilə bağlı göstəricilər dəyişir. 2023-cü ildə faydalı qazaıntıların ÜDM-ə töhfəsi ilk dəfə olmasa da, azaldı.
Belə ki, hazırda Rusiyanın sənaye istehsalı artmaqdadır, əsas hərəkətverici qüvvə mineral hasilatı deyil, istehsaldır. 2024-cü ilin yanvar-may aylarında faydalı qazıntıların hasilatı illik müqayisədə 0,1%, emal sənayesi isə 8,8% artıb.
Kompüter, elektronika və optik məhsulların istehsalı illik müqayisədə 39% artıb ki, bu da əhəmiyyətli artım templərini göstərir və iqtisadiyyatın diversifikasiyasına işarə edir.
Son beş ildə faydalı qazıntıların hasilatı 2,2% azalıb, eyni zamanda emal sənayesi isə 29,6% artaraq iqtisadiyyatın xammal sektorundan asılılığının tədricən azaldığını göstərir.
Sənaye istehsalının artımına ən böyük töhfəni kompüterlərin və optik məhsulların, hazır metal məmulatların və motorlu nəqliyyat vasitələrinin istehsalı verib.
Beləliklə, Rusiya iqtisadiyyatının mineral hasilatdan asılılığı tədricən azalır, öz yerini emal və yüksək texnologiyalı sənaye sahələrinə verir.
Müəllif: Aynur Qəniyeva