Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti buğda tədarükü həyata keçirilir.
39 vaqondan ibarət, ümumi çəkisi 2 725 ton olan buğda “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Bu tədarükə qədər Rusiyadan Ermənistana Azərbaycan tranziti ilə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Bundan başqa, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

