Close Menu
    What's Hot

    Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

    26 Oktyabr 2026

    Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

    26 Oktyabr 2026

    Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

    26 Oktyabr 2026
    Trending
    • Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş
    • Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
    • Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb
    • Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb
    • Merts: Almaniya iqtisadiyyatının təcili dəyişikliklərə ehtiyacı var
    • BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb
    • Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları
    • PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026
      Recent

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026

      PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

      23 Oktyabr 2026

      Dünya mərkəzi bankları qızıl alışını 4 dəfədən çox artırıb

      23 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026

      ABŞ süni intellekt və yarımkeçirici sektorlarına xarici investisiyaları məhdudlaşdırmağa hazırlaşır

      23 Oktyabr 2026

      ABŞ-ın texnologiya şirkətləri bir gündə təxminən 1,2 trilyon dollar dəyər itirib

      23 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026
      Recent

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026

      Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları

      23 Oktyabr 2026

      Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”

      22 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Bloq yazıları » Stereotipləri Sındırıb, Birja Ulduzlarına Çevrildilər: 6 Uğurlu Qadın Hekayəsi
    Bloq yazıları

    Stereotipləri Sındırıb, Birja Ulduzlarına Çevrildilər: 6 Uğurlu Qadın Hekayəsi

    30 İyul 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Birja sahəsində sərvət qazanmaq yalnız kişilərin işi olduğuna dair stereotiplər artıq köhnəlib. Budur, bütün çətinlikləri aşan, məqsədlərinə qətiyyətlə çatan və fond bazarında böyük sərvət əldə edən qadınlardan altı hekayəsi.

    Getty Green: “Maliyyə üçün kişi instinkti” ilə “Wall Street cadugarı”

    XIX əsrin sonu və XX əsrin əvvəllərində qadınların səs vermə hüququ belə yox idi, fond bazarı isə onlar üçün uyğun yer hesab olunmurdu. Lakin amerikalı Getty Green maliyyə sahəsindəki “kişi instinkti” ilə taninirdi. Onun müvəffəqiyyətli investisiyaları və daim geydiyi qara paltarla ona “Vall-Strit Cadugarı” adı verilmişdi. ABŞ-ın və hətta dünyanın ən zəngin qadını sayılırdı.

    Əri milyonlarla borc içində olsa da, Getty bütün maliyyə məsələlərini düzgün idarə edirdi. Uşaqlıqda maliyyə jurnallarını qohumlarına oxuyur və 13 yaşında atasının mühasibi olurdu. Atasının ölümündən sonra $7.5 milyon miras almışdı. Müxtəlif qiymətləndirmələrə görə, 1916-cı ilə qədər bu məbləği $100-200 milyon arasında artırmışdı.

    Ingeborg Mootz: Evdar Qadın, İnvestor və “Milyon Dollarlı Nənə”

    Ingeborg Mootz, çoxuşaqlı bir ailədə, kiçik alman şəhəri Gisen’də doğulmuşdu və 17 yaşında evlənərək həyatı boyunca evdar qadın olmuşdu. Onun maliyyə vəziyyəti əri tərəfindən idarə edilirdi, əri isə lotereya oynayaraq pul itirirdi.

    Mootz işə girməyə çalışmışdı, amma cəhdləri çox uğurlu olmamışdı. O, ərinə birjada ticarət etməyi arzuladığını bildirirdi, amma əri onun pul qazana biləcəyinə inanmazdı və qadınların evdə oturmalı olduğunu düşünürdü. Ərinin ölümündən sonra, 75 yaşında, Ingeborg dividend aksiyalarına investisiya etməyə başladı və bu sahədə çox müvəffəqiyyətli oldu.

    Ərindən ona 1000 ədəd Alman dövlət enerji şirkəti VEBA-nın səhmi qalmışdı. Bunlar onun başlanğıc kapitalı oldu. İllər keçdikcə, sərvəti €3 milyon üstə qaldı və Mootz “Milyon Dollar Qoca” adını aldı. Pensiyaçı “Birja Detektivi” adlı kitab yazdı və maliyyə biliklərini artırmaq üçün telefon məsləhətləri verdi.

    “Mən qadınları azad etmək istəyirəm. Artıq kişilərdən asılı olmamalıdırlar. Kişi pul qazanırsa, qadın isə yox, bu artıq tərəfdaşlıq deyil,” – deyirdi Ingeborg.

    Ann Shaber: Bütün Pullarını İtirdi, amma təslim olmadı və kapitalını 440,000% artırdı

    Amerikalı Ann Shaberin atası gənc yaşda vəfat etmişdi. Anası doqquz uşağı dolandırmaq məcburiyyətində qalırdı və pullarının bir hissəsini dörd oğulunun təhsili üçün sərf edirdi. Qızlar isə belə imtiyazlardan məhrum idilər. Ancaq Ann öz təhsilini özü qazandı.

    15 yaşında sekretar məktəbini bitirib mühasib oldu. Maaşını təhsil üçün yığırdı və nəticədə Corc Vaşinqton Universitetində hüquq üzrə təhsil aldı. 1920-ci ildə Shaber ABŞ-ın Vergi Xidmətində daşınmaz əmlak auditoru olaraq işə başladı və burada 20 ildən çox çalışdı. Ann yaxşı əməkdaş idi, amma bu müddət ərzində heç vaxt yüksəldilmədi və illik $4 min maaş alırdı.

    1933-1934-cü illərdə ilk dəfə investisiya etməyə çalışdı, amma birja şirkətinin iflası səbəbindən bütün pullarını itirdi. Təslim olmadı: 1944-cü ildə pensiyaya çıxandan sonra, Ann sıfırdan başlamağa qərar verdi. O, başa düşdüyü və məhsullarını istifadə etdiyi iri şirkətlərin səhmlərini alırdı.

    50 il ərzində Shaberin sərvəti 439,900% artaraq $22 milyon oldu. Əksər vəsaitini Yeshiva Universitetinə bağışladı ki, yəhudi qadınlar ayrımcılıqla mübarizə apara bilsin və təhsil alsınlar.

    Grace Groner: Üç Səhmdən Sərvət Yaratdı

    1931-ci ildə Grace Groner Abbott Laboratories-də katibə olaraq işə başladı. Dörd il sonra, $180-a üç ədəd əczaçılıq şirkətinin səhmini aldı. O, onları 2010-cu ilədək satmadı – həyatının sonuna qədər. 75 il ərzində səhmlər dəfələrlə bölündü və Grace dividend gəlirlərini yenidən sərmayə qoydu. Nəticədə, üç səhmi 100 min səhmdə çevrildi, dəyəri isə $7.2 milyon oldu.

    Onun ərinin və uşaqlarının olmamasına baxmayaraq, çoxlu dostları var idi. Grace sadə bir həyatı seçmişdi – ABŞ-ın Lake Forest şəhərində kiçik bir evdə yaşayırdı. Böyük Depressiya dövründə bunu öyrənmişdi. Ancaq sərvətini qorxaqcasına saxlamırdı – çoxlu səyahət edir və ehtiyacı olanlara anonim hədiyyələr göndərirdi. Sərvətini və evini yerli kollecdə, özü təhsil aldığı məktəbə bağışladı. Grace Groner Fondu tələbələrin xaricdə təhsil və təcrübə keçmələrinə kömək edir.

    “Birdstown Qadınları”: İnvestisiya Əfsanələrinə Çevrilmiş Pensiyaçılar

    1983-cü ildə 16 qadın İllinoys ştatının Birdstown şəhərində investorlar klubunu təsis etdi. İştirakçıların orta yaşı 70 idi. Onlar arasında müəllim, çiçək dükanının sahibəsi və digər peşə sahibləri vardı.

    O dövrdə investisiyalardan az anlayırdılar, amma maliyyələrini daha yaxşı idarə etməyi öyrənmək istəyirdilər. On il sonra ABŞ-da “Birdstown Qadınları” adı ilə tanınmağa başladılar. Daha sonra qadınlar digər ölkələrdə də məşhur oldular. Pensiyaçılar investisiya məsləhətləri ilə beş kitab nəşr etdilər, bu kitablar bestseller oldu.

    “Birdstown Qadınları” 1984-1993-cü illərdə orta hesabla ildə 23.4% gəlir əldə etdiklərini və bazarı üstələdiklərini bildirdilər. Lakin jurnalistlər və auditorlar bu məlumatları yoxladılar və qeyri-dəqiq olduğunu aşkar etdilər. Həqiqi rəqəm isə 9.1% idi, bu da bazarın gəlirindən aşağıdır. 1983-1997-ci illər arasında yoxlanmış orta illik gəlir isə 15.3% təşkil etdi və Dow Jones indeksini üstələdi.

    Qadınların reputasiyası zədələnsə də, onlar investisiya etməyə davam etdilər. 2016-cı ilin sonunda onların 17 səhmdən ibarət portfeli $450 min dəyərində idi. “Birdstown Qadınları” klubu bu gün də mövcuddur, lakin əsasən təsisçilərinin varisləri qalıb.

    Kathy Wood: 57 Yaşında İşdən Ayrılıb Öz İnvestisiya Şirkətini Qurdu

    Kathy Wood 2001-ci ildən AllianceBernstein investisiya şirkətində investisiya üzrə direktor olaraq çalışırdı. Bir gün innovativ şirkətlərin səhmlərini ehtiva edən idarə olunan bir fond yaratmağı təklif etdi. AllianceBernstein bu təklifi bəyənmədi. 2008-ci il böhranından sonra investorlar indeks əsaslı passiv fondlara üstünlük verirdilər.

    Buna baxmayaraq, Wood öz ideyasına inanmaya davam etdi, təslim olmadı və riskə getdi – 2014-cü ildə işdən ayrıldı və öz işini açdı. ARK Invest adlı investisiya şirkətini qurdu, əsas ideyası isə inqilabi innovasiyalara sərmayə qoymaqdır. O, süni intellekt, robototexnika, genetika, blokçeyn və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə sərmayə yatırır.

    Üç il ərzində ARK Invest öz xərclərini qarşılamağı bacardı. Bloomberg məlumatlarına görə, fevral ayının ortasında Wood’un şirkəti $60 milyardlıq aktivləri idarə edirdi. Eyni ayda keçən il şirkətin portfeli $3.6 milyard dəyərində idi.

    Qadınların fond bazarında rolu getdikcə daha əhəmiyyətli bir yer tutur. Onların gətirdiyi yeni ideyalar, strateji yanaşmalar və risk idarəetmə metodları maliyyə bazarını daha inklüziv və dinamik edir. Gələcəkdə qadınların maliyyə sektorunda daha çox iştirakını təmin etmək üçün təhsil, dəstək və şəbəkə imkanlarını artırmaq vacibdir. Bu yolla, qadın investorlar daha geniş təsir imkanlarına malik olacaq və bazarda daha çox fərqlilik yaradacaqlar.

    Müəllif: Nisə Əsgərli, maliyyəçi-investor

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Merts: Almaniya iqtisadiyyatının təcili dəyişikliklərə ehtiyacı var

    25 Oktyabr 2026

    Varlı investorlar qızıl ehtiyatlarını Sinqapura köçürür: Həcm 16 dəfə artıb

    23 Oktyabr 2026

    Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

    22 Oktyabr 2026

    Goldman Sachs Çinin 2026-cı il üzrə ÜDM artımı proqnozunu 4,6%-ə yüksəldib

    19 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.