“Strategy” şirkəti 10–16 mart tarixləri arasında yeni bitcoin alışı həyata keçirməyib.
“GDP Media “xəbər verir ki, bu, şirkətin ardıcıl həftəlik alış seriyasından sonra bazarda ilk dəfə yeni bitcoin əldə etməməsi ilə diqqət çəkib.
Məlumata görə, alışların müvəqqəti dayandırılması bazardakı qiymət korreksiyası, daha əlverişli giriş nöqtəsinin gözlənilməsi və ya şirkət daxilində kapitalın yenidən bölüşdürülməsi ilə bağlı ola bilər.
Analitiklər hesab edirlər ki, bu addım şirkətin uzunmüddətli strategiyasından imtina etməsi anlamına gəlmir. Bununla belə, bazar iştirakçıları ən böyük korporativ bitcoin sahibinin növbəti addımlarını diqqətlə izləməyə başlayıblar.
Qeyd edək ki, “Strategy” son illərdə balansında ən çox bitcoin saxlayan şirkətlərdən biri kimi tanınır və onun bazardakı addımları kriptovalyuta investorları tərəfindən mühüm indikator hesab olunur.

