Kriptovalyuta sahibkarı və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Devid Beylinin “Nakamoto” bitkoin şirkətinin səhmləri tarixi maksimum göstəricisi ilə müqayisədə 99 faiz dəyər itirib.
GDP xəbər verir ki, ötən il iş adamı şirkətin fəaliyyəti üçün təxminən 760 milyon dollar vəsait cəlb edib. Lakin birləşmə prosesi və 2025-ci ilin mayında birjaya çıxışdan sonra şirkətin qiymətli kağızları kəskin ucuzlaşıb.
Səhmlərin dəyərindəki ciddi azalma “Nakamoto”nun əvvəlki maliyyə modelini faktiki olaraq işlək vəziyyətdən çıxarıb. Həmin model yeni səhmlərin buraxılması və cəlb olunan vəsait hesabına kriptovalyuta alınması üzərində qurulmuşdu.
Səhmlərin belə sürətlə ucuzlaşması şirkətin yeni emissiyalar vasitəsilə kapital toplamaq imkanlarını da əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

