Yaponiya Bankı milli valyutanın zəifləməsinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib.
GDP xəbər verir ki, bu, yen üzərində davamlı təzyiq fonunda son aylarda həyata keçirilən ilk belə əməliyyatdır.
Mütəxəssislərin fikrincə, valyuta müdaxilələri adətən qısamüddətli təsir göstərir və məzənnənin əsas trendini dəyişmək üçün kifayət etmir. Xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsi Yaponiya Bankının faiz dərəcəsindən yüksək olduğu müddətdə yen üzərində fundamental təzyiqin qalacağı gözlənilir.
Yaponiya Bankının bazara müdaxiləsi USD/JPY valyuta cütlüyündə dəyişkənliyin artması ehtimalını yüksəldir. Analitiklər bildirirlər ki, investorlar və treyderlər yapon yeni ilə bağlı əməliyyatlarda qəfil və kəskin məzənnə dəyişiklikləri riskini nəzərə almalıdırlar.

