Kriptoaktivlər üzrə analitik ZachXBT 133 milyon ABŞ dollarından çox dəyərində kriptoaktivin oğurlanması ilə nəticələnən kiberhücumu Fransanın “Crédit Mutuel Arkéa” bank qrupu ilə əlaqələndirib.
GDP xəbər verir ki, son üç gündür kriptovalyuta bazarında müzakirə olunan hadisə ilə bağlı bank qrupu hələ rəsmi açıqlama verməyib.
Bank qrupunun zərər çəkdiyi təsdiqlənərsə, bu, uzun müddətdən sonra sistem əhəmiyyətli bir bankın iri kriptoaktiv oğurluğuna məruz qaldığı ilk hal olacaq. Hadisə ənənəvi maliyyə qurumlarının kriptoaktivləri saxlayarkən üzləşdiyi kibertəhlükəsizlik risklərini gündəmə gətirir.
Oğurlanmış aktivlərin birjalarda satılması onların qiymətinə qısamüddətli təzyiq göstərə bilər. Hadisənin araşdırılması və sığorta ödənişləri ilə bağlı prosedurlar isə aylarla davam edə bilər.

