Mərkəzi Bankda Beynəlxalq Maliyyə Korporasiyanın (BMK) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin rəhbəri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında məlumat verib.
O bildirib: “Görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetləri, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüsləri və Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə gündəliyindəki mühüm məsələləri müzakirə etdik”
Taleh kazımov əlavə edib ki, həmçinin görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələləri və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq.