Brent markalı neftin bir barreli 71,57 dollara satılır
Neftin qiymətləri ötən həftənin sonundakı artımdan sonra bazar ertəsi səhər bir qədər dəyişdi.
Bakı vaxtı ilə saat 09:16-a Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,57 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,04 dollar (0,06%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,07 dollar (0,1%) artaraq 68,72 dollar təşkil edib.