Bakı Fond Birjasının (BFB) rebrendinqi sadəcə loqo və ya rəng dəyişikliyi deyil, ölkənin iqtisadi siyasətində baş verən dərin transformasiyaların göstəricisidir.
GDP xəbər verir ki, BFB Müşahidə Şurasının sədri Fərid Axundovun sözlərinə görə, rebrendinq prosesi Bakı Fond Birjasının yenilənmiş dəyərləri və yeni baxışları ilə paralel şəkildə həyata keçirilir.
Axundov rebrendinq barədə fikirlərini bölüşərkən bildirib. “Hal-hazırda Azərbaycanda dövrün tələb etdiyi mühüm transformasiya layihələri həyata keçirilməkdədir. Bakı Fond Birjasının da bu transformasiya prosesinə qoşulması təsadüfi deyil. Rebrendinq bizim üçün yalnız vizual dəyişiklik yox, yenilənmiş dəyər və baxışlarımızın, həmçinin ölkəmizin iqtisadi siyasətinin transformasiyasının simvoludur,” – deyə o qeyd edib.
Rebrendinq çərçivəsində Bakı Fond Birjasının yeni strateji dövvrdə fəaliyyətinin ölkənin iqtisadi inkişafında mühüm rol oynayacağına inamını ifadə edib.