Azərbaycandakı investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilmişdir. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4.4 mln. manat olub.
GDP xəbər verir ki. bu barədə Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında məlumat verilib.
Məlumata görə, bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.4% azdır.