Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Marja.az Birjaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “ABB İnvest İnvestisiya Şirkəti” QSC 25 milyard 370 milyon 351 min manatlıq dövriyyə ilə 1-ci, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 19 milyard 980 milyon 699 min manatlıq dövriyyə ilə 2-ci və “Assist Finance İnvestisiya Şrkəti” ASC 3 milyard 480 milyon 832 min 8 manatlıq dövriyyə ilə 3-cü yeri tutub.
Uzun müddətdən sonra siyahıda 1-ci yeri tutan şirkət dəyişib: “ABB İnvest İnvestisiya Şirkəti” ilk yerdə qərarlaşıb.
Ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.