Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) yenilənmiş rəsmi internet səhifəsini istifadəyə verilib.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, yeni platforma müasir dizayn və funksionallıqla seçilir, bu da həm AFBİA üzvlərinə, həm də geniş ictimaiyyətə kapital bazarları ilə bağlı məlumatları əldə etmək imkanı yaradır.
Sayt AFBİA-nın fəaliyyəti, onun üzvləri və təklif etdiyi xidmətlər haqqında ətraflı məlumat təqdim etməklə yanaşı, bazar iştirakçıları üçün aktual resurs və məlumat bazası kimi xidmət edir.
Yeni internet səhifəsi interaktiv xüsusiyyətləri ilə də seçilir. İstifadəçilər maliyyə savadlılığını artırmaq üçün müxtəlif mənbələrə müraciət edə, eləcə də peşəkar təlim və seminarlar üçün onlayn qeydiyyatdan keçə bilərlər. Bu, bazarın inkişafına dəstək olmaqla yanaşı, peşəkar təcrübəni genişləndirmək istəyənlər üçün unikal imkanlar yaradır.
Saytın istifadəyə verilməsi AFBİA-nın məlumat mübadiləsinin səmərəliliyini artırmaq və Azərbaycan kapital bazarının inkişafını dəstəkləmək istiqamətində atdığı növbəti mühüm addımdır və ölkəmizdə kapital bazarının geniş ictimaiyyətə tanıdılmasına töhfə verəcəkdir.