Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov ölkənin maliyyə sektounun rəhbərləri ilə görüş keçirib.
GDP xəbər verir ki, görüşdə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbərləri iştirak ediblər.
Müzakirələr zamanı kapital bazarlarının üçüncü rüb üzrə fəaliyyəti və əldə edilən nəticələr təhlil olunub. Eyni zamanda, kapital bazarlarının ölkənin maliyyə sisteminin dayanıqlı inkişafındakı rolu və qarşıda duran çağırışlar diqqət mərkəzində olub.
Görüşdə həmçinin maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslər müzakirə edilib.