SOCAR “yaşıl” layihələrin maliyyələşdirilməsi məqsədilə yerli maliyyə bazarında “yaşıl” istiqrazların emissiyasını həyata keçirib.
Bu addım Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) standartlarının tətbiqi ilə bağlı beynəlxalq tələblərə uyğun olaraq atılıb.Son illərdə SOCAR ESG standartlarının tətbiqini genişləndirib, bu sahədə dərəcələndirmə həyata keçirərək beynəlxalq miqyasda yüksək nəticələr əldə edib.
Emissiyadan cəlb olunacaq vəsait şirkətin bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinə və neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə yönəldiləcək.SOCAR gələcəkdə də ESG standartlarına uyğun maliyyə alətlərinin tətbiqini genişləndirməyi və borc portfelində “yaşıl” maliyyələşdirmənin xüsusi çəkisini artırmağı hədəfləyir